XİN-dən Fransada yaşayan azərbaycanlılara XƏBƏRDARLIQ
Bizi izləyin

Nida.az

XİN-dən Fransada yaşayan azərbaycanlılara XƏBƏRDARLIQ

Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti Fransanın Nitsa şəhərində törədilmiş qanlı terror aktı ilə əlaqədar bəyanat yayıb.

XİN-dən Publika.az-a daxil olan bəyanatda sözügedən terror aktı pislənilir.

Bəyanatda deyilir: "Fransanın Nitsa şəhərində törədilmiş terror aktını kəskin şəkildə pisləyirik. Bu terror aktı nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik.

Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir.

Azərbaycanın Fransadakı Səfirliyi terror aktı nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşının olub-olmamasını bu ölkənin müvafiq orqanları vasitəsilə araşdırır.

Hazırda Fransada olan Azərbaycan Respublikası vətəndaşlarını Fransa hakimiyyət orqanlarının təhlükəsizlik tədbirlərinə riayət etməyə və kütləvi yerlərdən kənar durmağa çağırırıq".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm