Binəli Yıldırım: “Prezidentlərin ən qısa zamanda görüşməsini istəyirik"
Bizi izləyin

Nida.az

Binəli Yıldırım: “Prezidentlərin ən qısa zamanda görüşməsini istəyirik"

"Türkiyə, Azərbaycan və Gürcüstan prezidentlərinin Azərbaycanda keçiriləcək ikinci toplantısının ən qısa zamanda keçirilməsini arzu edirik".

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə baş naziri Binəli Yıldırım Ankarada Gürcüstanın baş naziri Georgi Kvirikaşvili ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

Onu sözlərinə görə, Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli görüşü regional sülh və əməkdaşlıq üçün əhəmiyyətlidir.

B. Yıldırım Dağlıq Qarabağ münaqişəsindən də danışaraq bildirib ki, 3 ay öncə baş verən gərginlikdən sonra narahatlıq yaranıb.

"Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır", - deyə baş nazir vurğulayıb.

Gürcüstanın da ərazi bütövlüyünü dəstəklədilərini bəyan edən B. Yıldırım Türkiyədə baş verən hərbiçi çevriliş cəhdindən də danışıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm