Nida.az
Britaniya Qarabağın qaytarılmasına “hə” DEDİ: Bu, yaxın dövrlərdə...
Britaniyanın təhlükəsizlik məsələləri üzrə nüfuzlu "Janes Intelligence" analitik mərkəzi İrəvanda baş verən son hadisələri şərh edib.
Publika.az xəbər verir ki, mərkəz Ermənistanda
sosial vəziyyətin dəhşətli olduğunu qeyd edir.
Lakin vurğulayır ki, insanlar indiyə qədər səslərini çıxarmırdı:
"Aprel müharibəsindən sonra isə vəziyyət dəyişdi. İnsanlar daha
mövcud rejimlə barışmaq istəmirlər. Aprel müharibəsi göstərdi ki,
hakimiyyət ölkəni qoruya bilmir, əksinə, daha çox vergi yükü
qoyaraq, öz şəxsi büdcələrini zəngiləşdirirlər".
Baş verənlərin Ermənistanın daxili vəziyyəti ilə assosiasiya
olunduğunu qeyd edən analitik mərkəz rəsmi İrəvanın hazırda xarici
siyasətdə də məğlub duruma düşdüyünü qeyd edib.
"Aprel müharibəsi göstərdi ki, Azərbaycan Ordusu qat-qat
güclüdür və indiyə qədər olan erməni mifləri alt-üst edildi. Bunu
ermənilər də yaxşı anlayır və onlar adətən buna görə hakimiyyətlə
yanaşı, Rusiyanı da ittiham edirlər. Eyni zamanda Ermənistan tərəfi
Qarabağ danışıqlarında da məğlub oldu. Artıq Madrid və Kazan
prinsiplərindən söhbət gedir. Hansı ki, bu ərazilərin boşaldılması
ilə nəticələnəcək", - deyə məqalədə bildirilir.
Mərkəzin analizinə görə, Ermənistanda istənilən siyasi dəyişiklik Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan hazırkı danışıqlar prosesini tormozlayacaq: "Lakin qiyamın yatırılması özlüyündə Qarabağ münaqişəsinin "Kazan formatı"nda həllini sürətləndirəcək. Bu yaxın dövrlərdə baş verəcək".
Mərkəz əlavə edib ki, 1994-cü ildəkindən fərqli olaraq bu gün
Dağlıq Qarabağ münaqişəsinə Rusiya-NATO gərginliyi, Türkiyə-Rusiya
yaxınlaşması və qlobal oyunun dəyişən qaydaları fonunda baxmaq
lazımdır.
Asif
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR