Əli Əhmədov müxalifəti sərt tənqid etdi
Bizi izləyin

Nida.az

Əli Əhmədov müxalifəti sərt tənqid etdi

"Əgər müxalifət başqa cür davransaydı, bu məni təəccübləndirərdi. Təcrübəmdən məlumdur ki, Azərbaycan müxalifətinin bir çox təmsilçiləri müxalifətçiliyi iqtidarın istənilən təşəbbüsünə qarşı çıxmaq kimi başa düşür".


Publika.az xəbər verir ki, bu barədə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov "Azərbaycan" qəzetinə müsahibəsində Konstitusiya dəyişikliyi ilə bağlı müxalifət düşərgəsində neqativ fikirlərin səslənməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, iqtidarın dilindən çıxan ən adi həqiqətin müxalifət tərəfindən yalanlanması cəhdlərinə cəmiyyətimiz adət edib: "Ona görə də belə davranış norması seçmiş müxalifət təmsilçilərinin "tənqidləri" cəmiyyət tərəfindən, yumşaq şəkildə desək, soyuq qarşılanır.

Konstitusiyaya dəyişikliklər təklif etmək, referendum təyin etmək Konstitusiya ilə Azərbaycan Respublikasının Prezidentinə verilmiş səlahiyyətdir. Dünyanın hər bir yerində olduğu kimi, Prezident yetişmiş ehtiyaclara uyğun olaraq zəruri dəyişikliklər paketini cəmiyyətə təqdim edir. Təbii ki, bu zaman o, cəmiyyətin çoxluğunun və özünün düzgün saydığı dəyişikliklər konsepsiyasını hazırlayır. Hər kəs etiraf etmək zorundadır ki, bu onun müstəsna səlahiyyətidir. Hakim rolunda isə xalq çıxış edir. Prezidentin təklifləri xalq tərəfindən səs çoxluğu qazandıqdan sonra konstitusion normaya çevrilir. Bu mənada, ayrı-ayrı müxalifətçilərin təklif olunan dəyişikliklərə rəng verməyə çalışması ən azından, başa düşülən deyil".

Ə.Əhmədov vurğulayıb ki, bir sıra müxalifət nümayəndələrindən fərqli olaraq cəmiyyətin böyük kəsimi bu dəyişiklikləri anlaşma ilə qarşılayır.

"Prezident İlham Əliyevə cəmiyyətimizdə böyük inamın olduğu sirr deyil. Bu inam onun irəli sürdüyü konstitusiya dəyişiklikləri təklifinə insanlarımızın düzgün yanaşmasının əsasında dayanır. Əminəm ki, nəzərdə tutulan referendum növbəti dəfə İlham Əliyevə ümumxalq inamının nümayişinə çevriləcək", - deyə o bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm