“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna dəyişiklik edildi
Bizi izləyin

Nida.az

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna dəyişiklik edildi

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Publika.az xəbər verir ki, sənədə əsasən, qanunun 14-cü maddəsinin ikinci hissəsinə "icazə" sözündən sonra "və ya qaçqın statusu" sözləri əlavə edilib.

Bununla da əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm