Akopun qorxuları: İran Ermənistanı uçuruma itələdi
Bizi izləyin

Nida.az

Akopun qorxuları: İran Ermənistanı uçuruma itələdi

"İranın ticarət və sənaye naziri avqustun 7-də İran-Azərbaycan avtomobil zavodunun açılışında iştirak etmək üçün Bakıya baş çəkəcək. Gözləntilərə görə, ildə 10 min avtomobil istehsal olunacaq. İran yəqin ki, artıq Ermənistan unutdu. Əslində İran-Azərbaycan birgə zavodunun açılışı Ermənistan hakimiyyətinin İran və Avrasiya arasında körpü olmaqla bağlı pafoslu bəyanatlarına yaxşı cavabdır".

Publika.az xəbər verir ki, bu barədə erməni jurnalist Akop Badalyan "Lragir" saytına yayımlanan məqaləsində yazıb.

Onun sözlərinə görə, erməni hakimiyyətinin körpü olmaq və investisiya cəlb etmək haqda arqumentləri hər keçən gün uçuruma yuvarlanır. Ermənistan İranla birgə avtomobil zavodunu tikə bilərdi? Bu haqda danışmaq çətindir. Lakin o faktdır ki, artıq Azərbaycanda belə bir zavod tikilib. Ermənistan isə Avrasiyada "balaca çamadanını" yelləyə-yelləyə gəzir. Əgər Avrasiya İttifaqı dünyada kimisə maraqlandırırsa, burada Ermənistanın körpü ola biləcəyi heç yada düşmür. Sadəcə olaraq, erməni hakimiyyəti Avrasiya ittifaqına daxil olmağa bəraət qazandırmaq üçün başqa arqument tapa bilmir".

Müəllif yazır ki, faktiki olaraq Ermənistanın heç bir perspektivi yoxdur.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm