“Sarkisyan çıxılmaz vəziyyətdədir” - Deputat
Bizi izləyin

Nida.az

“Sarkisyan çıxılmaz vəziyyətdədir” - Deputat

"Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağ probleminin həlli üçün lazımi təşəbbüsü göstərir".

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu rəhbərinin müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının və İdarə Heyətinin üzvü Arif Rəhimzadə deyib.

Vladimir Putinin bu həftə Azərbaycan və Ermənistan prezidentləri ilə keçirdiyi görüşə toxunan deputat bildirib ki, hazırda Qarabağ münaqişəsinin həlli ilə bağlı proseslər gedir: "Məsələ orasındadır ki, indi Serj Sarkisyan danışıqlarda konstruktiv mövqe nümayiş etdirmək istəyir. Artıq Sarkisyan bu yolun doğru olduğunu anlamağa başlayıb. Ancaq Ermənistanda vəziyyət gərgin olaraq qalır. Bu gün Ermənistanda elə qüvvələr var ki, onlar Azərbaycanla heç bir kompromissə getmək istəmirlər. Bunu da nəzərə almaq lazımdır. Ona görə də Ermənistanda vəziyyət çox mürəkkəbdir. Bir tərəfdən başa düşürlər ki, artıq onların çıxış yolu tükənib və işğal altında olan rayonları qaytarmaq lazımdır. Digər tərəfdən isə Ermənistanda heç bir addım atmaq istəməyən qüvvələr var. Bu baxımdan da indi Serj Sarkisyanın vəziyyəti həqiqətən çox ağırdır. İndi Sarkisyan müxtəlif manevrlər edir ki, vəziyyətdən çıxsın. Bu, kənardan da açıq görünür".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm