Nida.az
Məxfi görüşdə Putindən Sarkisyana çox SƏRT SÖZLƏR: “Sənə əmr edirəm ki, Qarabağı...”
Avqustun 10-da Moskvada Putinlə Sarkisyanın görüşü
zamanı bağlı qapılar arxasında nələrin müzakirə edildiyi müəmmalı
olaraq qalır. Çünki Qarabağ münaqişəsinin həlli istiqamətində
irəliləyiş olduğu bir vaxtda Sarkisyanın Putinlə görüşdən sonra
"Qarabağ Azərbaycanın tərkibində olmayacaq, birtərəfli güzəştlər
edilməyəcək" kimi müharibə bəyanatları səsləndirdi. Heç şübhə yox
ki, bu, "dördgünlük müharibə"dən sonra irəliləyən Qarabağ
danışıqlarının alt-üst edildiyi anlamına gəlir.
Lakin sonradan ortaya çıxan informasiyalar Sarkisyanın ictimai rəyə
hesablanmış siyasi ritorikadan istifadə etdiyi göstərdi.
"Ermənistan rəhbərliyinin kəskin bəyanatlarına baxmayaraq, arxa
planda nisbi razılıq əldə olunub". Kremldəki yüksək vəzifəli
diplomatın "Kommersant" nəşrinə dediyi bu sözlər də Sarkisyanın
siyasi ritorikasını ortaya çıxardı.
Ən maraqlısı isə S.Sarkisyanın Moskvada "Qarabağ ətrafında nail
olunmuş razılıqların yerinə yetirilməsinə biz hazırıq" açıqlaması
oldu. Ermənistan prezidenti konkret hansı razılıqdan bəhs etdiyini
açıqlamadı.
Publika.az xəbər verir ki, erməni politoloq
Stepan Safaryan hesab edir ki, söhbət Rusiyanın Qarabağ planından
gedir: "Bu, Qarabağa aralıq statusun verilməsi ilə ərazilərin
qaytarılması deməkdir. Tezliklə biz bunun şahidi olacağıq".
Onun sözlərinə görə, Sarkisyanın "birtərəfli güzəştlər
olmayacaq" sözləri də şübhəlidir.
"Güman etmirəm ki, Rusiyanın Azərbaycanı güzəştə məcbur edəcək
imkanları olsun. Əvəzində Ermənistan hakimiyyəti zəifdir və
Moskvanın göstərişlərindən kənara çıxa bilmir. Bu, güzəştlərin məhz
erməni tərəfinin edəcəyi deməkdir. Ümumilikdə Ankara və Moskvanı
sakitləşdirmək üçün Moskva problemin həllini sürətləndirəcək.
Mümkündür ki, Putin Ermənistanı kukla vəziyyətinə qoyub məsələnin
həlli üçün planın reallaşdırılması haqda əmr verib", - deyə o
bildirib.
"Lragir" saytı isə bağlı qapılar arxasında müzakirələrdən sonra
jurnalistlərin qarşısına çıxan Putinin üz ifadəsinə diqqət
çəkib.
"Rusiya prezidentinin gözləri parlayırdı. Bu, məxfi görüşə dair
ehtimallar yaradır. Hətta bir az da irəli gedərək, Putinin
Sarkisyana güzəştlərə getməsi ilə bağlı təlimat vermədiyini də
demək olar. Təbii ki, bütün bunlar rəsmi protokolda əks oluna
bilməzdi", - deyə sayt qeyd edib.
Asif
-
Hadisə12:48
Sumqayıtda yaşayış binasında yanğın: beş nəfər təxliyə edildi
-
Sosial12:15
Sabah yağış yağacaq
-
Müsahibə11:20
“Puma”dakı yeganə azərbaycanlı: Müraciətimdən bir saat sonra zəng etdilər ki...
-
Sosial11:00
Xarici investorlar Azərbaycanın tikinti sektorunda: Nə gözlənilir?
-
Sağlamlıq10:40
Bu saatlarda alma yemək olmazmış - İnanılmaz zərərləri ortaya çıxdı
-
Ekopublika.az10:00
"S&P"dən manatın məzənnəsi ilə bağlı PROQNOZ
-
Nəqliyyat09:25
Bu yolda sürət həddi endirildi
-
MDB07:35
Putinin illik böyük mətbuat konfransına hazırlıq - Süni intellektdən istifadə olunacaq