Nida.az
Binəli Yıldırım Azərbaycana gələcək
Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayevlə "Türkiyə Petrolleri A.O" şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Saliha Dündarın görüşü olub.
Publika.az SOCAR-ın saytına istinadən xəbər verir ki, görüşdə Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin növbəti qurultayının bu ilin oktyabrında Bakıda keçiriləcəyi haqqında SOCAR prezidentinə məlumat verilib, bildirilib ki, builki qurultay Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunacaq. Türk Dünyası Mühəndislər və Memarlar Birliyi 2016-cı ili "Ulu öndər Heydər Əliyevin irsinin öyrənilməsi ili" elan edib. "Energetika və nəqliyyatda meqa-layihələr" adı altında təşkil olunacaq bu mötəbər tədbirin açılışında və işində Türkiyənin Baş baziri Binali Yıldırımın iştirak edəcəyi qeyd olunub.
Təşkilat Komitəsi tərəfindən R.Abdullayevi Türk Dünyası
Mühəndislər və Memarlar Birliyinin fəxri üzvü kimi qurultaya dəvət
etmək haqqında qərar qəbul olunduğu bildirilib. "Türkiyə Petrolleri
A.O" şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Saliha
Dündar Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin baş katibi
İlyas Demirçinin imzaladığı dəvətnaməni SOCAR prezidentinə təqdim
edib.
Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin növbəti qurultayının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmasını və Bakıda keçirilməsini yüksək qiymətləndirən R.Abdullayev qurultayın fəxri nümayəndəsi statusuna layiq görüldüyü üçün təşəkkürünü bildirib.
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı