Deputat Şeyxi davaya çağırdı: “Gözləyirəm, gəlsin ona...”
Bizi izləyin

Nida.az

Deputat Şeyxi davaya çağırdı: “Gözləyirəm, gəlsin ona...”

"Şeyx Əbdül telefon nömrəmi də bilir, iş yerimi də. Gəlsin, görək mənə nə edə bilər?! Onu gözləyirəm".

Bu barədə Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) Araz Əlizadə Şeyx Əbdülün onun haqqında dediklərinə münasibət bildirərkən deyib.

A. Əlizadə Şeyx Əbdülün "fluqer" olduğunu iddia edib:

"O aktyordur. Cilddən-cildə girməyi bacarır. Onun haradan Şeyx olduğunu da bilmirəm. Mən onu Əbdül kimi tanıyıram. Yaxşı kişidir, yeyib-içən adamdır. Həmişə hörmət etmişəm. Amma mənə qarşı niyə belə etdiyinin səbəbini də bilmirəm. Mən demişəm ki, adətən bizdə "oğrulara", quldurlara hörmətlə yanaşıblar. Bu sözü özünə götürübsə, onun mənə aidiyyəti yoxdur. Amma mən onu nə milli qəhrəman, nə də quldur hesab edirəm", - deyə deputat bildirib.

A. Əlizadə "Şeyx Əbdül sizin iş yerinizə gələrsə, nə baş verəcək?" sualına cavabında "Gəlsin, görək nə edəcək mənə" deyə bildirib.

Qeyd edək ki, Şeyx Əbdül Mahmudbəyli Araz Əlizadənin xalq qəhrəmanları olan Koroğlu, Qaçaq Nəbi, Qatır Məmmədi quldur adlandırmasına sərt reaksiya verib.

"Araz Əlizadə, sənə ayıb olsun. Sən özün millət vəkili kimi hansı işləri görüb, bu xalqın işinə yaramısan ki, indi də Qaçaq Nəbi, Koroğlu, Qatır Məmmədi quldur hesab edirsən? Məni hirsləndirmə, gəlib səni orda başa salaram və onda bilərsən ki, quldur saydığın o qəhrəmanlar kimlərdir, hansı işləri görüb bu xalq üçün", - deyə o bildirib (http://publika.az/p/147886).

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm