Nida.az
Altay Göyüşov Əli Kərimliyə: “Heç AzTv belə qorxuda bilməmişdi”
REAL hərəkatının funksioneri, tariçi alim Altay Göyüşov AXCP sədri Əli Kərimlini tənqid etdikdən sonra cəbhəçilər tərəfindən ittiham olunmasına münasibət bildirib.
Publika.Az xəbər verir ki, A. Göyüşov uzun müddətdir qurşaqdan aşağı hücuma ən çox məruz qalan məhz AXCP rəhbərinin olduğunu deyib: “Bizim ilk olaraq Lider TV-yə məhz belə məsələlərə görə neqativ münasibətimiz formalaşıb. Biz Hafiz Hacıyevə məhz onun Əli Kərimliyə yönləndirdiyi təhqirlərdən sonra nifrət etməyə başlamışıq. Biz Əhəd Abıyevin simasını onun Əli Kərimliyə yönləndirdiyi biabırçı təhqirlərdən, ləyaqətsizliklərdən sonra tanımışıq.
Mən hamının gözü qabağında liftdə çoxdan tanıdığım və hətta vaxtilə kömək etdiyim bir gəncə Əli Kərimliyə qarşı təşkil olunan piketdə iştirak etdiyinə görə salam verməkdən imtina etmişəm. Əli Kərimliyə görə yox, sadəcə, ləyaqətsiz şüarlara, plakatlara etiraz etmişəm. İndi mən düşünürəm ki, bütün bu ləyaqətsizliklərə şəxsən məruz qalmış bir təşkilatın, o cümlədən, vacib missiyalarından biri də Azərbaycan siyasətindən və ümumiyyətlə, cəmiyyətindən bu cür əxlaqsızlığın götürülməsi üçün aktiv fəaliyyəti olmalı idi. Fəqət reallıqda gördüyüm bir durum məni çox məyus etdi. Mən səviyyəsiz polemikanı, əsassız ittihamlar və iftiraları qoyuram kənara, idealda əlbəttə heç bu da olmamalıdır, amma indiki halda məni narahat edən ləyaqətsizliklər və təhqirlər oldu.
Bəzilərinə, sağ olsunlar, cəbhəçi ziyalılar cavab verdi, lakin
əsas qənaətim bu oldu ki, AXCP gənclər təşkilatında çox
qeyri-sağlam bir durum mövcuddur. Yenə də əsla özümə görə demirəm,
cəmiyyətə, boynumuza düşən missiyaya görə deyirəm. Biz onsuz da
siyasi hakimiyyətlə mübarizədə nəticə əldə edə bilmirik. Heç
olmazsa, müəyyən pozitiv ənənələr yaratmaq istiqamətində səylər
göstərməklə cəmiyyətə xidmət etmiş olarıq. İlk növbədə də qətiyyəti
burada göstərib olduğumuz yerlərdə sağlam mühit, nümunələr
yaratmalıyıq. İnanın ki, siyasi nəticə və dəstək də məhz bundan
sonra gələcək”.
A. Göyüşov qeyd edib ki, AzTV neytral gənci “1992-1993” ifadəsi ilə
elə qorxuda bilməmişdi, necə ki, dünən cəbhəçi gənclər
“qətiyyətləri” ilə buna bir xeyli nail olmağı bacardılar.
Asif
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar?
-
İdman09:00
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Avropa06:46
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
-
ABŞ06:16
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO