Putini sevən, islamı rədd edən...- Avropa üçün QORXUNC GƏLƏCƏK - FOTOLAR/VİDEO
Bizi izləyin

Nida.az

Putini sevən, islamı rədd edən...- Avropa üçün QORXUNC GƏLƏCƏK - FOTOLAR/VİDEO

Avropa böyük bir təhlükə qarşısındadır. Söhbət bütün Avropada yüksələn radikal sağçı təhlükəsindən gedir.

Publika.az xəbər verir ki, Almaniyanın "Deutche Welle" (DW) nəşri ölkədə elektoratının böyük əksəriyyətini islam dininə və qaçqınlara qarşı sərt baxışları ilə seçilən PEGİDA üzvlərinin təşkil etdiyi sağçı "Almaniya üçün alternativ" (AfD) avroskeptiklər partiyasının proqramını təhlil edib.

Ümumilikdə, Rusiyaya meylli olan partiyanın şüarlarından biri "avrosuz və islamsız Almaniya"dır.

Birinci tammiqyaslı partiya proqramı

Ondan başlayaq ki, əvvəlcə AfD "bir mövzunun partiyası" idi. Partiya 2013-cü ildə yarandı. Həmin vaxt avrozonada dərin borc böhranı var idi. AfD avrodan imtina etməyi və ya heç olmasa Avropa İttifaqının valyutasını dəyişdirməyi tələb edən birləşmə kimi yarandı. İndi isə ön plana Avropa qaçqın böhranı çıxıb. Partiya anti-islam təşkilatı kimi də önə çıxır.

Adətən bir "kəskin" mövzuda fokuslanmaq populist partiyanın tipik əlamətidir. Populizmin başqa dəyişməz "əlaməti" kompleks ictimai-iqtisadi və ya siyasi problemlərin həlli üçün son dərəcə sadə qərarları təklif etməkdir. İndiki halda avrodan və müsəlmanları qəbulundan imtina kimi.

AfD-nin tərəfdarları Merkeli dayandırmağı, sərhədləri qorumağı və Xristian-Demokrat Partiyasının (XDS) əleyhinə səs verməyi tələb edirlər. Lap başdan aydın idi ki, AfD əvvəldən nə sol, nə də sosial-demokrat oriyentasiyasına aiddir. İndi partiyanın dəqiq proqramı var. Orada iddia edilir ki, bu mühafizəkarlar və liberalların partiyasıdır. Ştutqartda 30 aprel-1 may 2016-cı il qurultayında qəbul edilmiş birinci tammiqyaslı partiya proqramının analizi təsdiq edir ki, söhbət sağçı partiyadan gedir.

Partiya liderlərinin çoxsaylı bəyanatlarına görə, AfD rusiyayönlüdür və hətta Putinə meyllidir. Partiyanın proqramında bu açıq şəkildə ifadə olunmur. Mətndə yalnız Avropada təhlükəsizliyin təmin olunması üçün Rusiya ilə münasibətlər "son dərəcə əhəmiyyətli" hesab olunur. Bundan başqa, yeni alman partiyası BMT-də islahatları və qurumun Təhlükəsizlik Şurasında Almaniyaya veto hüququnun verilməsini tələb edir. Bu isə güclü Almaniyanın dirçəlişi konsepsiyasına tamamilə uyğun gəlir. Amma bu addım Rusiyanın beynəlxalq mövqelərinin zəifləməsinə gətirib çıxarardı.

Partiya iqtisadi sferada xeyli baxışlara tərəfdardır. Partiya hesab edir ki, iqtisadiyyata dövlətin daha az təsiri, onlar üçün daha yaxşıdır. Müəssisələrə maddi yardımlar məhdudlaşdırılmalı, vergi yükü azaldılmalı, bəzi vergilər isə ümumiyyətlə, ləğv edilməlidir. Başqa sözlə, AfD əhalinin kasıb təbəqəsini deyil, varlıların maraqlarını müdafiə etmək niyyətindədir.

Sadə və sürətli qərarlar böyük sarsıntılarla nəticələnə bilər

Amma partiya Transatlantik əməkdaşlığı (TTIP) dəstəkləmir. Hərçənd onun hədəfi məhz Avropa Birliyi və ABŞ arasında ticarətin sonrakı liberallaşdırmasından ibarətdir. AfD bu məsələdə alman solçular və "yaşıllar"la bir düşərgədədir. Bu mövqe yeni partiyanın anti-amerikanizmi ilə bağlı ola bilər.

AfD alman KİV-ində əsasən anti-islam partiyası kimi çıxış edir. Əgər qəbul edilmiş partiya proqramına deyil, müxtəlif partiya fəallarının hərəkətlərinə diqqət yetirsək, onda "Almaniya üçün Alternativ"u milli-mühafizəkar partiya kimi xarakterizə etmək olar. Partiyanın həmsədri Frauke Petry bu ilin yanvarında bildirmişdi ki, lazım gələrsə, alman polisi ölkəyə qeyri-qanuni daxil olmağa cəhd edən miqrantlara atəş açmalıdır.

"Mannheimer Morgen" qəzetinə müsahibədə xanım Petry qeyd edib ki, polis Avstriyadan Almaniyaya daxil olmağa çalışan miqrant axınını dayandırmalıdır və ekstremal halda silahdan istifadə etmək qanunun tələbidir. "Mən istəmirəm ki, belə olsun, lakin silah işlətmək son çarədir", – o deyib. Onun bu təklifi bir çox təbəqələrdə sərt reaksiya doğurmuşdu.

Eyni zamanda, partiyanı tamamilə populist adlandırmaq tamamilə səhv olar. Partiya əhalinin bu və ya digər qruplarında narazılıq doğuran ən müxtəlif məsələlər üzrə sadə və sürətli qərarların qəbulunu təklif edir. Bu nöqteyi-nəzərdən AfD hətta radikal partiyadır. Axı onun proqramı, əslində bugünkü Almaniyanı kardinal şəkildə dəyişdirməyi təklif edir.

Sərt anti-islam kurs, avrodan imtina, Konstitusiyaya bir sıra düzəlişin edilməsi, Avropa Birliyinin demontajı, vergi sisteminin dəyişdirilməsi – bütün bunlar dünyanın ən zəngin, müvəffəqiyyətli və sabit ölkələrindən biri üçün çox ciddi ictimai-iqtisadi sarsıntılar gətirə bilər. Buna görə də, başqa alman partiyaları AfD ilə əməkdaşlığa getməyəcək, hərçənd onun proqramının bəzi müddəalarından yəqin ki, istifadə edəcəklər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm