ABŞ səfiri referenduma hazırlıq işləri maraqlandı – FOTO
Bizi izləyin

Nida.az

ABŞ səfiri referenduma hazırlıq işləri maraqlandı – FOTO

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfiri Robert Sekuta ilə görüşüb.

Publika.az xəbər verir ki, MSK sədr Məzahir Pənahov görüşdən məmnunluğunu bildirib.

ABŞ səfiri Robert Sekuta səmimi qəbula görə təşəkkür edərək, rəhbərlik etdiyi qurumun Mərkəzi Seçki Komissiyası ilə sıx əməkdaşlığından məmnunluğunu vurğulayıb, buna görə MSK sədrinə öz təşəkkürünü bildirib.

ABŞ səfiri sentyabrın 26-da Azərbaycanda keçiriləcək ümumxalq səsverməsinə (referenduma) hazırlıqla bağlı görülmüş işlərlə də maraqlanıb.

Sədr Məzahir Pənahov qeyd edib ki, Mərkəzi Seçki Komissiyası beynəlxalq qurumlarla əməkdaşlığa hər zaman açıqdır və bu münasibətlər seçki və referendum praktikasının daha da təkmilləşdirilərək hazırkı inkişaf səviyyəsinə çatmasında və əldə olunan nailiyyətlərdə əhəmiyyətli rol oynayır.

Daha sonra qonağın suallarını cavablandıran MSK sədri Məzahir Pənahov həmçinin referendumun yüksək səviyyədə təşkil olunması, azad, ədalətli və şəffaf keçirilməsi üçün Azərbaycanda hər cür şəraitin və demokratik mühitin olduğunu vurğulayaraq, ölkəmizin seçki (referendum) qanunvericiliyi, seçki komissiyalarının fəaliyyət prinsipləri və qarşıdan gələn ümumxalq səsverməsi ilə bağlı vətəndaşların referendumda iştirak hüquqlarının daha səmərəli təmin edilməsi üçün gerçəkləşdirilmiş genişmiqyaslı layihələri diqqətə çatdırıb.

Görüşdə həmçinin, qarşılıqlı maraq doğuran məsələlər və müxtəlif sahələrdə qurumlar arasındakı əməkdaşlığın mümkün perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm