Nida.az
Polkovnik: “Qarabağı iki günə azad edərik”
“Zabitlərin, əsgərlərin məişət həyatı nə qədər yaxşı olarsa bu döyüş hazırlığına bir o qədər müsbət təsir göstərər”.
Bu barədə ehtiyatda olan polkovnik Əzizağa Qənizadə Publika.Az-a açıqlamasında Prezident İlham Əliyevin Nazirlər Kabinetinin sonuncu iclasında ordu quruculuğu istiqamətində işlərin davam etdiriləcəyi barədə dediklərinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, hərbi hissələrin yaxşı vəziyyətdə olması hərbi qulluqçuları qayğılardan xilas edəcək: “Eyni zamanda hərbi qabiliyyəti yüksəldəcək. Əsgər başqa şey haqqında düşünməyəcək. Çünki məişət problemi olmayanda hədəflərə doğru daha yaxşı addımlamaq olur”.
Polkovnik qeyd edib ki, bu gün Azərbaycan ordusuna diqqət yüksək səviyyədədir: “Əgər ordu zəifdirsə deməli dövlət də zəifdir. Ordu güclü olduğu halda digər işləri daha yaxşı görmək mümkündür. Bu gün Azərbaycan ordusu regionda ən güclü ordulardandır. Bu da dövlətin diqqəti nəticəsində bu səviyyəyə yüksəlib. Nəzərə alsaq ki, biz müharibə vəziyyətindəyik, o zaman ordu quruculuğu birinci planda olmalıdır. Hesab edirəm ki, Azərbaycan ordusu xeyli güclənib. Müqayisə aparsaq, ordumuz Qarabağı iki günə azad edə bilər”.
Qeyd edək ki, Prezident İlham Əliyev məlum çıxışında ordu
quruculuğu ilə bağlı bunları deyib: “Bizim ordu quruculuğu ilə
bağlı böyük proqramlarımız vardır. Hərbi Dəniz Qüvvələri bazası
tikilir. Digər hərbi şəhərciklərdə tikinti-quraşdırma işləri
aparılır. Bütün şəhərciklərdə, hərbi hissələrdə, hərbi
bazalarımızda ən yüksək standartlar tətbiq edilir. Bizim
zabitlərimiz, əsgərlərimiz yaxşı şəraitdə xidmət göstərməlidirlər.
Yaxın illərdə bir dənə də köhnə, dağılmış, qəzalı vəziyyətdə hərbi
hissə, yaxud da ki, tikili olmayacaqdır”.
Asif
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim