Nida.az
Elmar Məmmədyarov BMT-nin nümayəndəsi ilə görşüb
Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Humanitar məsələlərin əlaqələndirilməsi üzrə ofisində Baş Katibin köməkçisi Rəşid Xaliqov ilə görüşüb
Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən xəbərə görə, görüş zamanı Azərbaycan və təşkilat arasında əməkdaşlıq məsələlərinə dair ətraflı fikir mübadiləsi aparılıb, əlaqələrin daha da inkişaf etdirilməsi üçün qarşılıqlı maraq ifadə olunub.
Rəşid Xaliqov Bakı Beynəlxalq Humanitar Forumunda aparılan müzakirələrin günümüzün aktuallığı baxımından mühüm əhəmiyyət kəsb etdiyini və müasir beynəlxalq çağırışları əks etdirdiyini bildirərək, Forumda iştirakdan məmnunluğunu ifadə edib.
Nazir Elmar Məmmədyarov Azərbaycanın dünya ölkələri ilə humanitar sahədə əməkdaşlığın gücləndirilməsi, beynəlxalq miqyasda yardımların göstərilməsi və əlaqələndirilməsinə verdiyi töhfələr haqqında danışıb. O, bu xüsusda XİN-nin nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq İnkişaf Agentliyinin (AIDA) fəaliyyəti və həyata keçirdiyi layihələr barədə həmsöhbətinə ətraflı məlumat verib.
Görüşdə həmçinin humanitar böhranların həll olunması yolları, beynəlxalq inkişaf proqramları və digər qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə olunub.
-
Nida Xəbər 16:28“Belə nüfuzlu mükafatı almaq mənim üçün böyük şərəfdir”
-
Qarabağ 14:15Xankəndi şəhərinə köçmək istəyənlərə ŞAD XƏBƏR
-
ABŞ13:45Tramp Makronun “fatihə”sini verdi: Heç kimə lazım deyil, tezliklə…
-
Region12:48Tramp Paşinyana da dəvət göndərdi: Nə cavab verib?
-
Nida Xəbər 12:36Məzahir Pənahov vəzifədən gedir? - ÖZÜ DANIŞDI
-
Maraq dünyası11:46Qışda böyük yüksəliş: 5 bürc varlanacaq
-
Sağlamlıq11:25Dünya bu il yeni pandemiya ilə üzləşəcək: TƏHLÜKƏ QAPIDA
-
Nida Xəbər 10:21Türkiyə XİN-dən 20 Yanvar faciəsi ilə bağlı paylaşım - FOTO





































