Nida.az
Hansı ölkələrdə “erməni dövləti” yarana bilər? - SOS-Araşdırma
“Əgər ermənilər hər yaşadıqları yerdə öz müqəddəratını
təyin etməyi davam etdirsələr, nə baş verər?!”.
Prezident İlham Əliyev Praqada keçirilən “Şərq Tərəfdaşlığı”
sammitində çıxışı zamanı ermənilərin “öz müqəddəratının təyin etmə”
prinsipinə toxunaraq bunun dünyada xaos yaradacağına işarə vurub.
Dövlət başçısı “Onlar burada- Çex Respublikasında, Gürcüstanda,
Rusiyada, Amerikada, yaşadıqları istənilən yerdə eyni yanaşma
göstərə bilərlər” deyə dünyanın buna qarşı çıxmasını tələb
edib.
Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş vəziyyətdə qaldığı bu günə
qədər aparılan danışıqlarda İrəvanın əsas yanaşması xalqların öz
müqəddəratını təyin etmə prinsipidir. Bakı isə bu prinsipə hörmətlə
yanaşdığını, lakin hər şeydən əvvəl ərazi bütövlüyü prinsipinin
gəldiyini irəli sürür. Bu məsələ Helsinki Yekun Aktında
göstərilir.
1975-ci ildə qəbul edilən bu aktda əsas 10 prinsip var və bu
siyahıda ilk yerləri sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü
məsələsi gəlir. Daha sonra bərabərlik və xalqların öz müqəddəratını
təyin etmək hüququ gəlir ki, bu da ilk prinsiplərin-ərazi bütövlüyü
və sərhədlərin toxunulmazlığı məsələsi pozulmadan reallaşa
bilər.
Lakin bu gün Ermənistan “öz müqəddəratını təyin etmə”
prinsipini əldə bayraq edərək işğal etdiyi torpaqlardan çəkilmək
istəmir. Prezident İlham Əliyev haqlı olaraq “bu yanaşmanı hər
yerdə göstərə bilərlər” deyir.
Həqiqətən də ermənilərin “prinsipi” ilə yanaşılsa, dünyanın bir çox
ölkələrində erməni dövləti yaradılmalıdır. Halbuki, beynəlxalq
hüquq buna qarşıdır. Bu günlədə məşhur amerikalı politoloq Zbiqnev
Bjeziniskiy də vurğulayıb ki, sərhədlərin toxunulmazlığı əsasdır və
heç bir ölkədə etnik amilə görə vətəndaşlıq verilmir.
Publika.Az dünyada yaşayan ermənilər və onların
“prinsipi”nə görə yaraılmalı olan “erməni dövləti” ilə bağlı
araşdırma aparıb.
Rusiya: ermənilərin özlərini yaxşı hiss etdiyi
əsas ölkələrdəndir. Bu gün Rusiyada 2 milyona qədər, bəlkə də
bundan daha artıq erməni yaşayır.
ABŞ: Diaspor olaraq xeyli irəliləyən ermənilərin
bu ölkədəki sayı təxminən 600 minə yaxındır. Onların 5 minə qədəri
ABŞ vətəndaşıdır.
Fransa: Erməni diasporunun güclü olduğu bu ölkədə
onların sayı 500 minə qədərdir.
Haşiyə: ermənilər bu 3 ölkədə dövlət və biznes çevrəsinə
yerləşə biliblər.
Azərbaycan: ermənilər azərbaycan torpaqları
hesabına- İrəvan, Zəngəzur, Göyçə- öz dövlətlərini yaradıblar,
lakin bununla yanaşı, Azərbaycanın Dağlıq Qarabağ və ətraf 7
rayonunu işğal altında saxlayırlar və özlərinə məhz “öz
müqəddəratını təyin etmə” prinsipi ilə haqq qazandırırlar.
Həmçinin, Azərbaycanın digər ərazilərində də iddiaları səngimək
bilmir.
Azərbaycan torpaqlarında ermənilərin sayı 120300-dür. Lakin
Statistika Komitəsinin 1999-cu və 2009-cu il siyahıya almalarının
erməni millətinə aid olan rəqəmləri qeyri-dəqiq xarakter daşıyır və
bu rəqəmlər müəyyən araştırmalar və müqayisəli hesablamalar
əsasında alınıb.
Türkiyə: 2008-ci ilə olan məlumata əsasən bu ölkənin təxminən 60.000 erməni kökənli vətəndaşı
vardır. Bundan əlavə təxminən 100.000 nəfər Ermənistan vətəndaşı
qeyri-qanuni olaraq Türkiyədə işçi olaraq çalışmaqdadır.
İran: Son statistikaya görə, İran əhalisinin 0,13
faizini ermənilər təşkil edir.
Tacikistan: 21-30 sentyabr 2010-cu il
ümumtacikistan əhali siyahıyaalınmasına əsasən 7.564.502 nəfər olan
ölkə əhalisinin 434 nəfəri etnik ermənilərdən ibarətdir.
Suriya: bu ölkədə 70-80 min civarında erməni
yaşayır.
İraq: 2003-cü ildə ABŞ İraqda hərbi əməliyyatlara
başladığı zaman bu ölkədən 25.000-dən çox erməni yaşasa da
müharibənin təsiri ilə ölkədə yaşayan ermənilərin 40%-ə qədəri
digər ölkələrə köç etdi.2012-ci il üçün İraqda ermənilərin sayı
15.000-16.000 nəfərə qədərdir.
Livan: Bu ölkədə 100 minə qədər erməni
yaşayır.
Misir: ermənilərin sayı 10-11 min arasındadır.
Sudan: Əvvəllər ermənilərin sayı minlərlə ölçülsə
də, onlar tədricən azalıb və hazırda bu ölkədə 50-ə qədər erməni
əsilli vətəndaş yaşayır.
Efiopiya: burda da ermənilərin sayı 50 nəfər
qədərdir.
Bununla yanaşı, ermənilər Cənubi Amerika ölkələrində də özlərinə
yer edə biliblər.
Dünya ölkələrində yaşayan ermənilərin əksəriyyəti diaspor olaraq
formalaşıb. Lakin tədricən bir çox ölkələrdə kompakt yaşadıqları
üçün etnikləşiblər. İndi Ermənistanın məlum “prinsipi” ilə
yanaşsaq, bu ölkələrin əksəriyyətində bir “erməni dövləti”
yaradılmalıdır, nə qədər qeyri-məntiqli yanaşma olsa da. Hər-halda
bu, beynəlxalq ictimaiyyət üçün bir siqnal olmalıdır.
Asif Nərimanlı
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO