Nida.az
Rusiya Qarabağın əvəzinə bunu istəyir – İstanbulda gizli müzakirə
İstanbulda Rusiya, Türkiyə və Azərbaycan liderlərinin
görüşü Ermənistanda ciddi təşvişlə qarşılanıb.
Publika.az xəbər verir ki, "armenianreport" saytında
yayımlanan məqalədə müəllif Tevos Arşakyan erməni siyasətçilərin və
rəsmilərin açıq şəkildə narahatlıq keçirdiyini yazıb.
"Türkiyə-Rusiya yaxınlaşmasından Ermənistan həmişə əziyyət çəkib.
Prinsip etibarilə Moskvanın Ermənistanı Ankaraya qurban verəcəyini
gözləmək olar", - deyə məqalədə bildirilir.
Müəllif qeyd edir ki, Rusiya-Türkiyə yaxınlaşması Azərbaycanın
Avrasiyaya inteqrasiyasına şərait yarada bilər: "Təbii ki, bu
inteqrasiyasının qarşılığı olaraq ərazilərin Azərbaycana
qaytarılması baş verə bilər. Burada Ermənistan çox zəifdir. Çünki
bütün hərbi infrastrukturumuz ruslardan asılıdır. Hətta birgə hava
hücumundan müdafiə sisteminin yaradılması və "İsgəndər"lərin
Ermənistana verilməsi belə Rusiyanın öz maraqları üçün nəzərdə
tutulub. Bütün bunlar heç vaxt Ermənistana aid olmayıb və Rusiya
Ermənistanı deyil, öz cənub sərhədlərini müdafiə edir".
Məqalədə İstanbulda Putin, Ərdoğan və İlham Əliyev arasındakı
müzakirələrdə Qarabağ məsələsinin də gündəm olduğu deyilir:
"Bu görüş enerji konqresindən kənar olub və daha çox gizlilik
prinsipi daşıyıb. Görüşün nəticələrinin Ermənistan üçün yaxşı
olmadığını yəqin ki, yaxın günlərdə görəcəyik".
Erməni müəllif hesab edir ki, ölkəsinin yeganə çıxış yolu kimi
NATO-ya üz tutmaqdır.
"Vova dayıdan üz çevirib, Sem dayıdan kömək istəməliyik", - deyə o
bildirib.
Asif
-
İdman02:43
Dibala ilə Lukaku “Fənər”də? – Mourinyo nöqtəni qoydu
-
Hadisə01:00
Bakıda dəhşətli hadisənin baş verdiyi zavoddan GÖRÜNTÜLƏR
-
Qoroskop00:05
Günün qoroskopu: çılğın arzuların əsirinə çevrilməyin!
-
Hadisə3 İyun 23:26
Bakıda 21 yaşlı qızın sirlərlə dolu ölümü: qonaq getdiyi evdə nə baş verib?
-
Magazin13 İyun 22:35
Özünü öldürən abituriyent bu müğənninin qohumudur - FOTO
-
Dünya3 İyun 22:25
Əsma Əsəd ölüb?
-
İdman3 İyun 21:45
Məşhur futbolçuya gözyaşardıcı qazla hücum: 260 min avroluq saatını oğurladılar
-
Magazin13 İyun 21:35
Faiq Ağayev etiraf etdi: kimlərin ifasını “YouTube”dan sildirib? - VİDEO