ABŞ-da demokratik seçki gözləntisi absurddur
Bizi izləyin

Nida.az

ABŞ-da demokratik seçki gözləntisi absurddur

ABŞ-da prezident seçkiləri ərəfəsində rəqib namizədlər – respublikaçı Tramp və demokrat Klinton arasında baş verən ziddiyyətli məqamları izlədikcə, nəzərə çarpan ilk amil dünyaya demokratiya ixrac etdiyi iddia olunan bir ölkənin görünməyən tərəflərinin ifşasıdır.

ABŞ-da prezident seçkiləri ərəfəsində rəqib namizədlər – respublikaçı Tramp və demokrat Klinton arasında baş verən ziddiyyətli məqamları izlədikcə, nəzərə çarpan ilk amil dünyaya demokratiya ixrac etdiyi iddia olunan bir ölkənin görünməyən tərəflərinin ifşasıdır.

İrəli sürdükləri iddialarında daha çox haqlı görünmək üçün seçiciləri qarşısında hətta bir-birilərini təhqir edib bu vasitə ilə şou yaradan iki əsas namizədin rəqabət tərzi ABŞ-ın prezident seçkilərində uzun illərdir ki, müşahidə olunmamışdı. Əlbəttə ki, ittiham və ziddiyyətlərin yaranmasının köklü səbəblərindən biri ölkə siyasətində buraxılmış ciddi səhvlərdir.

Reallıqda ABŞ-ın seçki marafonu demokratik görünə bilər, amma ölkədaxili cəhətdən demokratiyanın tənəzzülə uğradığını da deyə bilərik. Artıq Amerikada irqi diskriminasiyaların vüsət alması, zəncilərə qarşı qeyri-sağlam münasibətin yaranması, islamofobiya, ksenofobiya kimi olayların gündəlik tərzə çevrilməsi, KİV-lərin sifarişlərlə işləməsi, media nümayəndələrinin təqibi prosesi gedir desək, heç də yanılmarıq.

Bütün bunlar məhz namizədlər tərəfindən də etiraf edilib. Baxın, respublikaçı namizəd Tramp bu günlərdə belə bir çıxış edib ki, prezident Obama Klintonun namizədliyini müdafiə etmək məcburiyyətindədir. Belə ki, Klinton dövlət katibi vəzifəsində işləyərkən, şəxsi elektron poçtunu dövlət işlərində istifadə edib. Bu isə kobud qanun pozuntusudur. Klinton Obamanın rəhbərliyi altında bu posta sahib olub və indiki prezident bu məsələnin böyüməməsi üçün açıq şəkildə xanım Klintona siyasi dəstək göstərir. Yaxud Klintonun Trampı müxtəlif üsullarla ifşa etmək cəhdləri, rəqibini əxlaqsızlıqda günahlandırması, hətta seçicilərini ondan uzaq dayanmasına, siyasi toruna düşməmələrinə səsləməsi sivil, demokratik və normal seçki mühitinin qaba, qeyri-demokratik mühitlə əvəzlənməsindən xəbər verir.

Artıq bütün dünya və siyasi hadisələri doğru istiqamətdə təhlil etməyi bacaran ictimai rəy də etiraf edir ki, dünyada 200 ildir formalaşmış "Amerika demokratiyası" məhvolma prosesini yaşayır. Biz Azərbaycanda keçirilmiş prezident və parlament seçkilərindən, o cümlədən referendumdan sonra daha çox mərkəzi ofisləri ABŞ-da fəaliyyət göstərən bir sıra insan haqları, media azadlığı və başqa qurumların qərəzli hesabatları ilə qarşılaşmışıq. Bu hesabatların hər birində aşkar şər və böhtanların, sifarişlərin olması dəfələrlə sübuta yetirilib. Xüsusilə Azərbaycan mətbuatında bu ətrafda çoxsaylı ifşa faktları işıq üzü görüb. İndi növbə ABŞ-dadır. Daha dəqiqi, ABŞ-da baş verən qanunsuzluqlardır ki, beynəlxalq aləm bu barədə ciddi açıqlamalar gözləyir. Məsələn, Trampın rəqibi Klintonun seçkilərdə "ölü canlardan" istifadə etməsi ətrafında səsləndirdiyi fikirlər də ciddi ittihamdır. Yaxşı olardı ki, zaman-zaman Azərbaycanı və s. ölkələri qeyri-demokratiyada ittiham edən ABŞ-ın insan haqları təşkilatları özlərində ədalət gücü tapıb,daxillərində baş verən reallıqlar ətrafında hesabatlar, bəyanatlar yaysınlar. Dünya ictimaiyyəti də onlardan bunu gözləyir.

Bütün bunları nəzərə alaraq, ABŞ-da demokratik seçki gözləntisi absurddur. Maraqlı faktlardan biri də ABŞ-da çoxpartiyalı sistem mövcud ola-ola, orada respublikaçılarla demokratların bir-birilərini əvəzləməsidir. Bu nə cür demokratik dəyərlərə sığan bir hal sayıla bilər? Bəs digər siyasi partiyalar nəyə görə fəaliyyət göstərir? Düşünürəm ki, belə bir vəziyyətdə ABŞ-dan demokratik seçki gözləntisinə ümid bəsləmək sadəcə absurddur.

Siyasi ekspert Bəhruz Quliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm