Nida.az
Trampa görə Azərbaycan siyasətçiləri davaya çıxdı
Amerika öz prezidentini seçdi və bu gözlənilənlərin
əksinə olaraq, Hillari Klinton yox, qalmaqallı namizəd kimi ad
çıxarmış Donald Tramp oldu. Trampın Ağ Evə gedəcəyi təsdiqlənəndən
sonra, dünyada sözün əsil mənasında şok yaşandı. O cümlədən,
Azərbaycan müxalifətində də bu, gözlənilməz proseslərə yol
açıb.
Publika.az xəbər verir ki, müxalifət liderlərinin
əksəriyyəti Hillari Klintona dəstək verir, onun seçiləcəyinə
inanırdılar. Həmçinin, Trampın prezident olmasını bütün dünya üçün
yaxşı heç nə vəd etmədiyini israrla vurğulayırdılar.
Müsavat Partiyasının sədri Arif Hacılı da Hillari Klintonu
dəstəkləyən siyasətçilər arasında idi. O, Trampın seçilməsini
demokratiya və bəşəriyyətin gələcəyi üçün təhlükəli olduğunu
vurğulayaraq, "dualarımız Klinton üçündür" açıqlamasını
vermişdi.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Arif Hacılı Publika.az-a açıqlamasında Tramp
haqqında yenə eyni fikirdə olduğunu bildirib.
"Trampın seçilməsi Amerika cəmiyyəti üçün də gözlənilməz oldu.
Böyük Britaniyanın Avropa Birliyindən çıxması, bunun ardınca
Amerikada dini, milli, irqi ayrı-seçkiliyi dəstəkləyən şəxsin
prezident olması bütövlükdə ağlagəlməz tendensiyaların
güclənməsindən xəbər verir. Bu, təkcə Amerika üçün yox, bütün dünya
üçün ciddi hadisədir. Təsadüfi deyil ki, Trampın qələbəsinə ilk
sevinən Putin oldu. Bu qələbəni bütövlükdə bəşəriyyətin gələcəyi
üçün pis hadisə hesab edirəm. Lakin bəşəriyyəti düşünən şəxslərin
demokratiya uğrunda mübarizələrini gücləndirəcəyinə inanıram", -
deyə A. Hacılı vurğulayıb.
Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu
Arif Hacılının mövqeyinin yanlış olduğunu deyib.
Publika.az-a açıqlamasında ADP sədri bildirib ki,
hər şeydən əvvəl Arif Hacılı Klinton üçün dua edərkən səhv edib:
"Müsəlmanların duası xristianlara təsir etməz. Çünki Allah hər
qövmü ayrı-ayrı yaradıb. Hacılı bunu bilməli idi, lakin ilk yanlışı
burada edib".
S.Cəlaloğlu qeyd edib ki, Klinton dövlət katibi olanda, yaxud onun
təmsil olunduğu Demokratlar Partiyası ABŞ-a rəhbərlik etdikləri bu
10 ildə Azərbaycan üçün heç bir yaxşı iş görməyib.
"Bu 10 ildə bizim üçün nə ediblər ki, onlar üçün də dua edək.
Qarabağla bağlı, yaxud demokratiya üçün nəsə ediblərmi? Yox.
Əksinə, Obamanın dövründə, elə Klintonun dövlət katibi olduğu
vaxtda bir çox xarici institutlar Azərbaycanı tərk etdi. Bununla
yanaşı, Obamanın rəhbərliyi dövründə Azərbaycanın strateji
müttəfiqi, qardaş ölkə Türkiyənin başına nə oyun açdılar?! Sonuncu
dəfə dövlət çevrilişinə cəhd etdilər. Bütün bunlardan sonra biz nə
üçün dua etməliyik", - deyə o bildirib.
ADP sədri əlavə edib ki, Arif Hacılı Amerika xalqının da seçiminə
hörmət etməlidir: "Əgər demokratiyadan danışırsansa, Amerika
xalqının seçiminə hörmətsizlik etmək doğru olmaz. Biz gedib
amerikalılara prezident seçməli, yaxud ağıl öyrətməməliyik.
Amerikalılar öz mənafelərini, onlara nəyin yaxşı, nəyin pis
olduğunu bizdən yaxşı bilirlər".
Asif Nərimanlı
-
Rəsmi xronika14:18
İlham Əliyev Trampı təbrik etdi
-
Kriminal12:44
Türkiyədən Azərbaycana qayıtdı, bir həftə sonra öldürüldü - Qisas cinayəti
-
Rəsmi xronika11:39
İlham Əliyev Ərdoğanla görüşdü - YENİLƏNDİ / FOTO
-
Pul11:34
Seçkilərin nəticəsi dollara görün necə təsir etdi - Son rəqəmlər
-
ABŞ10:12
Respublikaçılardan sarsıdıcı qələbə: Demokratlar Senata nəzarəti itirdi
-
MDB10:08
Xəzərin üzərində PUA vuruldu: Əhaliyə müraciət edildi
-
Sosial09:17
Kilosu 4 manata başa gələn ətlər bu məkanlara göndərilirmiş
-
ABŞ06:16
Harris səsvermə günü "telefon saxtakarlığı" edərkən TUTULDU - VİDEO