Nida.az
“Dördgünlük müharibə”nin daha bir SİRRİ AÇILDI: Putinin Qarabağ planı ÜZƏ ÇIXIR
“Rusiya Ermənistanı tamamilə nəzarətə götürmək üçün
qarşıdakı parlament seçkilərinə müdaxilə edir”.
Publika.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun
Krım xidmətinə açıqlamasında “Avropa seçimi” fondunun rəhbəri,
erməni ekspert Tiqran Xzmalyan deyib.
Onun sözlərinə görə, Rusiya Ermənistanı parlament respublikasına
çevirərək, “Lukaşenko sindromu”nun qarşısını almaq niyyətindədir.
Artıq Serj Sarkisyan Moskva üçün sərfəli deyil. Kreml amorf siyasi
situasiyanın yaranmasında maraqlıdır, çünki belə olanda heç kim ona
müqavimət göstərə bilməyəcək”,
Erməni ekspert xatırladıb ki, 2013-cü ildə İrəvan Avropa Birliyi
ilə Assosiativ sazişdən imtina etdi və Avrasiya İqtisadi İttifaqına
daxil oldu: “Həmin ilin sentyabr ayında Moskvadan qayıdan Sarkisyan
parlament üsul-idarəsinə keçidlə bağlı referendumun keçirilməsini
elan etdi. Həmin vaxt Avropa Birliyindən imtina fonunda heç kim
referendum məsələsinə diqqət yetirmədi. Ermənilərin hamısı ölkədə
seçkilərin saxtalaşdırılnması haqqında danışır və qeyd edirdilər
ki, xalq idarəçiliyi mümkün deyil. Lakin referendum məsələsi
Putinin Sarkisyan qarşısında qoyduğu əsas şərtlərdən biri idi.
Kreml bunu “Lukaşenko sindromu”ndan qaçmaq üçün etdi”.
Tiqran Xzmalyanın fikrincə, Moskvanın Ermənistanda idarə üsulunun
dəyişdirmək istəyi ötən ilin yazında – “dördgünlük müharibə” zamanı
aydınlaşdı.
“Müharibə zamanı Azərbaycan iki nöqtədə güclü idi. Biri İranla
sərhəddə, digəri isə Bakı-Ceyhan neft kəmərinin yaxınlığındakı
şimal sərhədində. Hər iki nöqtəyə nəzarət Kreml üçün inanılmaz
dərəcədə əhəmiyyətli idi. Bununla belə, Sarkisyan müharibənin
gedişində Putinin istəyini yerinə yetirmədi. Hansı ki, Putin
Sarkisyanın rus “sülhməramlıları”nı dəvət etməsini istəyirdi.
Görünür, bu, Putin üçün xüsusi “qara nişan” oldu və o, həmin vaxt
Sarkisyanı əvəz etməyə qəti qərar verdi”, - deyə o vurğulayıb.
Erməni ekspert diqqətə çatdırıb ki, hazırda Moskvanın əlində
Ermənistan parlamentinə nəzarət etməyə imkan verən kifayət qədər
vasitə var: “İndi prezident faktiki olaraq nominal fiqur olacaq,
əsas lider baş nazir olacaq. Yəni seçkidə qalib gəlmiş partiyanın
lideri. Bu da Ermənistanın hazırkı baş naziri Karen Karapetyandır.
O, “Qazprom”un direktorlar şurasının tərkibinə daxil idi. Seçki
gününün 2 aprelə, yəni aprel döyüşlərinin başlanğıcı gününə təyin
edilməsi də diqqət çəkir. Aprel seçkiləri Ermənistanı qəti şəkildə
Rusiyanın “quberniyası”na çevirə bilər”.
Beynəlxalq münasibətlər üzrə erməni ekspert Aqasi Yenokyan da
parlament seçkilərinin Ermənistan üçün mənfi nəticələr verəcəyini
deyib.
Onun fikrincə, Ermənistan tamamilə Rusiyanın əlinə keçəcək.
“Bu seçkidən sonra parlamentin əksəriyyəti Putinin azarkeşlərindən
ibarət olacaq”, - deyə o bildirib.
Asif
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."