Nida.az
Sabiq dövlət müşaviri: “Bişkek protokolu deyilən sənəd yoxdur”
“Bişkek protokolu deyilən sənəd yoxdur və bu, həmçinin siyasi sənəd deyil”.
Bu barədə Dağlıq Qarabağ danışıqlarında əsas iştirakçılardan
olmuş sabiq dövlət müşaviri Vəfa Quluzadə
Publika.Az-a açıqlamasında atəşkəsin vaxtının
bitməsi haqda informasiyalara münasibət bildirərkən deyib. Onun
sözlərinə görə, bu protokolu Azərbaycan parlamenti ratifikasiya
etməyib: “Burda heç bir vaxtdan söhbət getmir. O zaman Azərbaycan
müdafiə naziri ilə Ermənistanın müdafiə naziri arasında belə bir
protokol imzalanıb. Bunun imzalanması Prezidenti Heydər Əliyev və
Levon Ter-Petrosyanın razılığı ilə baş verib”.
V. Quluzadə protokolun formulunu da açıqlayıb.
“Formul belə idi ki, sülh əldə olunana qədər atəşkəs bağlansın.
İndi deyirlər ki, guya 20 illik olub. Halbuki orda vaxtla bağlı heç
nə göstərilməyib və dediyim kimi heç bir siyasi qüvvəsi yoxdur.
Sadəcə olaraq Bişkek protokolu yalnız müxtəlif spekulyasiyalar üçün
dilə gətirilir”-deyə sabiq dövlət müşaviri bildirib.
O, qeyd edib ki, atəşkəsin əldə olunması hər kəsdən çox Rusiyaya
lazım idi. Onun sözlərinə görə, məhz buna görə protokol Rusiya
tərəfindən hazırlanıb.
Asif
-
Magazin117:50
Əməkdar artistin 400 minə tikdirdiyi məscid - VİDEO
-
İKT17:07
Artıq onlara ehtiyac olmayacaq: bu taksilər rekord qırdı
-
İdman16:37
Mariya Stadnikə ağır itki - FOTO
-
Sosial15:41
Kişilərin ölümünü qadınların “dır-dır”ı tezləşdirir? - Qalmaqallı açıqlama
-
Magazin214:40
Bülənt Ərsoy anasına yazdığı məktubu paylaşdı: vəsiyyətini açıqladı
-
Qoroskop13:59
May ayında bu iki gündə nə iş görsəniz uğurlu olacaq: Məşhur astroloq açıqladı - VİDEO
-
Cənubi Qafqaz13:31
ATƏT sədrinin İrəvanda Qərbi Azərbaycanla bağlı cavabı erməniləri şok etdi
-
Sosial12:46
9 klinikanın rəhbərliyi məsuliyyətə cəlb olundu