Cənubi Qafqaz
ATƏT sədrinin İrəvanda Qərbi Azərbaycanla bağlı cavabı erməniləri şok etdi
ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri Yan Borq İrəvanda erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi brifinqdə jurnalistlərin təxribatçı sualları ilə üzləşib.
Publika.az xəbər verir ki, erməni jurnalistlər “Azərbaycanın ərazi iddiaları ilə çıxış etməsinə və Qərbi Azərbaycanı ATƏT platformasında bəyan etməsinə niyə icazə verildiyi” iddiasını ortaya atıblar.
Yan Borq cavabında deyib: “Malta ATƏT-in fəaliyyətdə olan sədri kimi şəffaf və dürüstdür. Biz Ermənistanı və Azərbaycanı hərtərəfli sülh sazişinin əldə edilməsi üçün dəstəkləyəcəyik”.
Yan Borq erməni jurnalistlərin Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası prosesini qiymətləndirmək tələbindən də imtina edib.
“Mən burada öz mövqeyimi ifadə etsəm, bu, prosesə kömək etməyəcək. Biz (ATƏT-red) prosesin bir hissəsi deyilik, bu ikitərəfli prosesdir”, - o deyib.
Jurnalistlərdə biri brifinqin keçirildiyi Ermənistan XİN binasının önündə etiraz aksiyası keçirən Qarabağdan qayıtmış ermənilərin “geri qayıtmaq” tələbi ilə bağlı məktubunu Borqa verib və “ATƏT Qarabağ məsələsini bağlayıbmı” sualını ünvanlayıb.
“Təşkilat oyunçular arasında proseslərə qarışa bilməz”, - ATƏT sədri erməni jurnalistləri susdurub.
Əslində bu sualların hər birinin rəsmi İrəvanın mətbəxində hazırlandığı aydın görünür. Ermənistan ATƏT sədrindən Qərbi Azərbaycan məsələsində Bakıya qarşı çıxmasını, sərhədin delimitasiyasında onların istədiyi prinsipləri (Alma-Ata bəyannaməsi-red) dəstəkləməsini və ermənilərin Qarabağa “qayıtması” məsələsində mövqe bildirməsini istəyir. Bunu da məhz jurnalistlərin sualları ilə dilə gətirir. ATƏT sədri Borq isə hər bir təxribatçı suala möhtəşəm cavabı ilə Ermənistanı yerində oturtdu.
Asif
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı













.png)





















