Nida.az
“Elçibəyə patoloji nifrəti var idi”- Leyla Yunusun Qraçov və CİA ilə əlaqələri olub
“Leyla Yunusun Əbülfəz Elçibəyə patoloji nifrəti var idi”.
Bu barədə Milli Azadlıq Hərəkatının iştirakçısı, BAXCP sədrinin müavini Elçin Mirzəbəyli Publika.Az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, ümumiyyətlə Leyla Yunus və ətrafındakı sosial-demokratlar Elçibəyə, eləcə də milli düşüncəli insanlara nifrət bəsləyirdilər: “O bunu açıq formada deməkdən çəkinsə də, kuluarlarda bəyin haqqında artıq-əskik danışır, yanlış təsəvvür formalaşdırırdı”.
Buna baxmayaraq həmin dövrdə Leyla Yunusun Müdafiə Nazirliyində analitik şöbənin müdiri kimi yüksək vəzifədə çalışmasına da münasibət bildirən E. Mirzəbəyli qeyd edib ki, buna səbəb Rəhim Qazıyev idi: “Onun haqqında hələ o vaxt müxtəlif informasiyalar dolaşırdı. Bir qrup hesab edirdi ki, o, Rusiya Müdafiə nazirliyinə işləyir, bir qrup isə Mərkəzi Kəşfiyyat İdarəsində işlədiyini düşündür.
Həmçinin Azərbaycanla bağlı informasiyaları kənara ötürdüyü haqqında da xəbərlər dolaşırdı. Təbii ki, hər kəs Rəhim Qazıyevin Rusiyanın keçmiş müdafiə naziri Qraçovla isti münasibətlərini bilirdi, bunu Qazıyevin özü də etiraf edirdi. Leyla Yunusun yüksək postda oturmasına əsas səbəblərdən biri də Qraçov idi”.
L. Yunusun bütün fəaliyyətinin Azərbaycana qarşı olduğunu deyən E. Mirzəbəyli qeyd edib ki, çoxları onun kim olduğunu yaxşı bilir.
Asif
-
Sosial09:48
Yaqub Eyyubovun qardaşı qızı ilə bağlı qalmaqal
-
MDB09:12
Azov və Qara dənizdə şiddətli müharibə: Ukrayna ATACMS raketləri ilə hücum etdi
-
Nəqliyyat08:50
Bakıda sıxlıq olan yollar - SİYAHI
-
Dünya06:49
Bu ölkədə havanın temperaturu 52 dərəcəyə çatdı
-
Dünya05:15
Ərdoğandan İtaliyaya Fələstinlə bağlı ÇAĞIRIŞ
-
Dünya03:18
Məşhur vulkan yenidən püskürdü
-
İdman02:00
UEFA Konfrans Liqasının qalibi məlum oldu
-
Qoroskop00:25
Günün qoroskopu: ideyaların reallaşdırılması üçün uğurlu gündür