Nida Xəbər
Yeni Kaledoniyanın nümayəndə heyəti Bakıya gələcək

Mayın 30-da Bakı Təşəbbüs Qrupu çərçivəsində keçiriləcək görüş üçün Yeni Kaledoniyadan nümayəndə heyəti Azərbaycana gələcək.
Publika.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Rasim Musabəyov bildirib.
Onun sözlərinə görə, Bakı Qərbin təzyiqlərinə baxmayaraq, xalqların müstəmləkəçilik əleyhinə mübarizəsinə dəstək verməklə bağlı prinsipial mövqeyini saxlayır.
"Biz dəstək veririk - siyasi, mənəvi, informasiya dəstəyi. Amma biz insanları Yeni Kaledoniyaya göndərmirik ki, orada təbliğat aparsınlar. Arxipelaq Azərbaycandan 15 min km uzaqda yerləşir. Təbii ki, biz ora silah göndərmirik - bizim nə təyyarədaşıyıcılarımız, nə də strateji təyyarələrimiz var", - deyə deputat istehza ilə bildirib.
R.Musabəyov əmin edib ki, Parisin təzyiqləri Bakının neokolonializmlə mübarizəni davam etdirməsinə mane olmayacaq.

-
Region21:25
Ərdoğanla Paşinyan arasında görüş başa çatdı - Yeniləndi
-
MDB20:30
“Bütün Ukrayna bizimdir” - Putin
-
Yaxın Şərq20:10
İsrailin aviabazalarına zərbələr endirildi
-
Region19:50
Paşinyan Göy Məsciddə - Video
-
Kriminal18:30
Burun əməliyyatından sonra ölən Nəzrinin həkiminin məhkəməsi başladı
-
Dünya16:42
Məşhur nəşrdən qalmaqal: İranı 6 yerə böldülər - FOTO
-
Nida Xəbər 15:11
Saxlanılan icra başçısı bu yüksək vəzifəli şəxsin yaxın qohumudur
-
Sosial14:42
DTX əməliyyat keçirdi: Bu rayonun icra başçısı SAXLANILDI