Nida.az
Hacı Şahin Həsənli şeyxin yerinə keçməsi xəbərindən danışdı
“QMİ-də sədr seçimi qurumun öz səlahiyyətlərinə aid olan məsələdir. Mən heç vaxt bu quruma sədr olmaq düşüncəsində olmamışam”.
Bu barədə “Məşədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənli Publika.Az-a açıqlamasında QMİ sədri Allahşükür Paşazadənin yerinə onun gətirilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.
Ş. Həsənli qeyd edib ki, şeyxin səhhətində elə bir problem yoxdur: “Bir neçə gün öncə konfrans keçirildi, şeyxin özü də orda iştirak edirdi. QMİ-də rəhbər dəyişikliyi kimi məsələ gündəmdə deyil. Mənim də heç vaxt belə bir fikrim olmayıb”.
Ona qarşı yayılan kompramantların bu məsələ ilə bağlı olmasına gəlincə, Ş. Həsənli bildirib ki, bu kompramantlar radikal dini cərəyanlar tərəfindən aparılır.
“radikal dini cərəyanlara qarşı tutduğumuz mövqeyə görə, onlar
belə kompramantlar aparırlar. Ümumiyyətlə, Azərbaycanda dini mühiti
təsir dairəsinə almaq istəyən dövlətlər var. Görünür, bizi özlərinə
maneə görürlər. Ona görə də nüfuzumuza xələl gətirəcək məsələləri
qabardıb mətbuata ötürürlər”-deyə axund bildirib.
Asif
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI