Nida.az
Yusif Bağırzadə Mirmahmud Mirəlioğlu və Sülhəddin Əkbərə xəbərdarlıq etdi
Müxalif Demokratik Qüvvələrin Birliyində (DQB) təmsil olunan Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yüsif Bağırzadə DQB ilə yanaşı, Milli Şurada da təmsil olunan partiyalara xəbərdarlıq edib.
Y.Bağırzadə Trend-ə açıqlamasında qeyd edib ki, DQB bələdiyyə və parlament seçkilərinə hazırlaşır və bu istiqamətdə Birlikdə təmsil olunan partiyalar arasında müzakirələr gedir: "Əgər Demokratik Qüvvələrin Birliyi seçki blokuna çevriləcəksə, DQB ilə yanaşı, Milli Şurada da təmsil olunan siyasi partiyalar öz seçimini etməlidirlər - ya Milli Şura, ya da Demokratik Qüvvələrin Birliyi".
AMİP sədri əlavə edib ki, o vaxt artıq çatıbdır: "Bizdən başqa Demokratik Qüvvələrin Birliyində təmsil olunan qüvvələr də seçim təklif edirlər, təmsil olunan siyasi təşkilatlar öz seçimlərini etməlidirlər".
Y.Bağırzadə, həmçinin Milli Şurada baş verən proseslərin ümumi müxalifət düşərgəsinə ağır zərbə vurduğunu deyib: "Milli Şura əvvəldən bizim üçün maraqlı deyildi. Əvvəldən o qurumun təsis edilməsi səhv oldu. Biz təklif etmişdik ki, bu qurumun nizamnaməsi məlum olmalıdır, fəaliyyət istiqaməti, beynəlxalq əlaqələr istiqaməti müəyyənləşməliydir. Bunların heç biri olmadı və indi də görürsünüz, bu qurum nə vəziyyətdədir. Milli Şurada təmsil olunan partiyalar siyasi iflasa uğradılar. Bu, göz qabağındadır. Orada olan prosesləri biz də ağır qəbul edirik. Milli Şuranın təsis edilməsi, fəaliyyəti Azərbaycan müxalifətini xalqın gözündən bir daha saldı".
Milli Şuradan istefa verən Müsavat Partiyası ilə AMİP arasında əməkdaşlıq məsələsinə toxunan Y.Bağırzadə bunun mümkünsüz olduğunu söyləyib: "Bizim hər hansı bir əməkdaşlığımız ola bilməz. Bizim siyasi kurslarımız tamam ayrıdır. Biz praqmatik hərəkət edirik".
Qeyd edək ki, DQB-də təmsil olunan Klassik Xalq Cəbhəsi Partiyası və Açıq Cəmiyyət Partiyası (yeni adı Azad Demokratlar Partiyası) eyni zamanda Milli Şurada da təmsil olunurlar. Ümumilikdə isə DQB-də AMİP, Xalq Azadlıq Partiyası, İslam Demokrat Partiyası, ACP, KXCP, Liberal Partiyası və Böyük Azərbaycan Partiyası təmsil olunur.
-
Magazin113:49
Müğənninin oğlunun öldüyü qəzanın TƏFƏRRÜATI - FOTO/YENİLƏNDİ
-
Magazin113:01
Nərmin Edisin mahnısına elə rəqs etdi ki... - VİDEO
-
Ekologiya12:35
Sabahın havası: yağış, duman, qar...
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı