Nida.az
Abbas Abbasov konfransına Bakıdan heç kimi dəvət etməyib – Özəl
“Azerros”un mayın 26-da keçiriləcək konfransına Bakıdan heç kim dəvət olunmayıb.
Bu barədə Publika.az-a “Azerros”un adının çəkilməsini istəməyən əməkdaşı məlumat verib. Onun sözlərinə görə, hazırda bu qurumla Bakıda heç kim işləmir: “Ötən il məlum hadisələrdən sonra Diaspor Komitəsi ilə əlaqələr kəsildi. Bakıda bizə və rəhbərimiz Abbas Abbasova qarşı aparılan kampaniya nəticəsində bütün körpülər yandırıldı. İndi biz Bakıdan rəsmilərdən kimisə dəvət etsək belə, onlar gəlməyəcək. Hətta sıravi şəxs belə bizim konfransımıza qatılsa, bu, birmənalı qarşılanmayacaq. Ona görə də Bakıya dəvət göndərməmək qərarı verildi”.
Qeyd edək ki, Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin – “Azerros”un 15 illik yubileyi ərəfəsində Moskvada Millətlər Evində keçiriləcək konfrans Rusiya–Azərbaycan münasibətlərinə həsr olunub.
Konfransda əsas müzakirə mövzuları “Rusiya–Azərbaycan münasibətlərinin tarixi”, “Rusiyanın ictimai həyatına, mədəniyyətinə, iqtisadiyyatına azərbaycanlıların töhfəsi”, “Rusiya–Azərbaycan münasibətlərinin inkişafında Rusiyanın Azərbaycan və Azərbaycanın rus icmalarının rolu”, “Rusiya və Azərbaycan xalqlarının əməkdaşlığında tarixi təcrübə” olacaq.
Qurumun əməkdaşı əlavə edib ki, konfransa Bakıdan dəvətlilər olmasa da, Rusiyanın müxtəlif bölgələrindən, eləcə də Avropada yaşayan azərbaycanlılardan da qatılanlar olacaq.
Asif
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO
-
MDB16:43
Zelenskiyə qarşı terror planlaşdıran şəbəkə ifşa edildi: Daha kimləri öldürmək istəyiblər?
-
Sosial15:58
Novruz Məmmədov vəzifəsindən azad edildi
-
MDB15:07
Təhlükəsizlik qüvvələri əməliyyat keçirdi: Nazir rüşvət alarkən saxlanıldı
-
Sosial14:11
“Ermənilər Nizami Gəncəvinin başını oğurladılar”
-
Cənubi Qafqaz13:21
Rusiya Ermənistanda çevriliş hazırlayır - Paşinyanın deputatından şok açıqlama