Nida.az
YAP-dan AŞPA sədrinə cavab: “Buraxmamaqla düz etmişik”
“Azərbaycana qarşı beynəlxalq təşkilatların qərəzli münasibəti həmişə olub. Lakin hər şeyə rəğmən, Azərbaycan hökuməti, xalqın, dövlətin maraqlarını heç nəyə qurban vermir”.
Bu barədə YAP icra katibinin müavini, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Siyavuş Novruzov Publika.az-a açıqlamasında Bakıda AŞPA-nın Büro iclasında qurumun vitse-spikeri, fransalı Rene Rukenin Azərbaycanın işğal edilmiş ərazilərinə etdiyi qanunsuz səfərə görə ölkəmizə buraxılmaması müzakirəyə çıxarılması və təşkilatın iki il ərzində komitələrinin Azərbaycanda nəzərdə tutulan iclaslarını keçirməmək barədə qərar qəbul etməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, AŞPA-dan olan nümayəndələrin qərəzli yanaşmaları dəfələrlə müşahidə olunub: “Onların obyektiv olaraq öz vəzifə borclarını yerinə yetirmək əvəzinə, sifarişlər yerinə yetirməsi, neft, neft sənayesi, enerji siyasəti ilə bağlı müxtəlif ölkələri təhrik etmələri faktı mövcuddur. Azərbaycana qarşı olan bu mövqe də prosesin başqa bir tərəfidir”.
S. Novruzov qeyd edib ki, kimliyindən asılı olmayaraq Azərbaycanın icazəsi olmadan işğal olunmuş ərazilərimizə səfər etmək qəbuledilməzdir.
“İstər biznesmen, istər musiqiçi, istər deputat, yaxud siyasətçi
olsun, fərqi yoxdur, kimsə Azərbaycanın icazəsi olmadan Dağlıq
Qarabağ səfər edirsə, Azərbaycan XİN-in qərarı ilə ona viza
verilməsi qadağan edilir. Mən bunun normal olduğunu hesab edirəm.
Bu yaxınlarda Ukrayna Krımla bağlı belə qərar verdi və rəsmi
Kiyevin icazəsi olmadan Krıma gedənləri arzuolunmaz şəxs elan etdi.
Bu da bizim haqqımızdır. AŞPA vitse-spikerini də buraxmamaqla düz
etmişik”,- deyə S. Novruzov diqqətə çatdırıb.
Asif
-
Magazin121:48
Ağakərimin son vəziyyəti AÇIQLANDI - FOTO
-
Hadisə21:36
Zaqatalada dönərdən zəhərlənənlərin SAYI ARTDI - YENİLƏNDİ
-
Nida Xəbər 20:24
Vəzifədən azad edilən eks-baş nazir DANIŞDI: "Adamı əsəbiləşdirirlər"
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmandan polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO