Nida.az
Eldar Namazov Mirqədirovun işi üzrə dindirilir: “Onu yola saldım”
“El” hərəkatının rəhbəri, politoloq Eldar Namazov jurnalist Rauf Mirqədirovun işi ilə bağlı Baş Prokurorluqda dindirilir.
E. Namazovun özü ilə əlaqə saxlamaq istəsək də, onun mobil telefonu bağlı idi. “El” üzvü, politoloq Zəfər Quliyev Publika.az-a açıqlamasında bildirib ki, E. Namazov hələ də dindirilmədədir: “O hələ prokurorluqdadır. Telefonunu götürüblər, yəqin, dindirilmə bitəndən sonra qaytaracaqlar.
Mən hazırda orda deyiləm. Onu prokurorluğa yola saldım. Dindirilmə təxminən bir neçə saat çəkə bilər. Bu, sualların sayına baxır”.
Z. Quliyev qeyd edib ki, “El” sədri Rauf Mirqədirov işində şahid kimi dindirilir: “Dəqiq məlumata malik deyiləm. Ona görə hansı sualların verildiyini deyə bilmərəm. Amma maksimum günün sonunda bitəcəyini düşünürəm”.
Qeyd edək ki, “Ayna-Zerkola” qəzetinin Türkiyə təmsilçisi Rauf
Mirqədirov dövlətə xəyanətdə ittiham olunur. Bu işlə bağlı
dindirilməyə çağırılan Leyla və Arif Yunuslar ölkədən qaçmağa da
cəhd göstərmişdi. Məlumat üçün onu bildirək ki, E. Namazov da
Ermənistanla “xalq diplomatiyası”nın qurulması layihələrində
iştirak edib.
Asif
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO
-
MDB16:43
Zelenskiyə qarşı terror planlaşdıran şəbəkə ifşa edildi: Daha kimləri öldürmək istəyiblər?
-
Sosial15:58
Novruz Məmmədov vəzifəsindən azad edildi
-
MDB15:07
Təhlükəsizlik qüvvələri əməliyyat keçirdi: Nazir rüşvət alarkən saxlanıldı
-
Sosial14:11
“Ermənilər Nizami Gəncəvinin başını oğurladılar”
-
Cənubi Qafqaz13:21
Rusiya Ermənistanda çevriliş hazırlayır - Paşinyanın deputatından şok açıqlama