Nida.az
Sülhəddin Əkbərin qurultayına sabiqlərdən kimlər dəvətlidir?
Sülhəddin Əkbərin partiyası qurultaya hazırlaşır.
Azad Demokratlar Partiyasının (keçmiş ACP-red ) Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Sülhəddin Əkbər Publika.az-a açıqlamasında bildirib ki, qurultay iyulun 6-da keçiriləcək. O, qurultaya xüsusi qonaqları dəvət etmədiklərini, lakin partiyanın keçmiş üzvlərindən də qatılanların olacağını deyib. Bildirib ki, Ədliyyə Nazirliyinə nümayəndələrin qurultayda iştirakı üçün müraciət edilib.
“Qurultay nümayəndələri sırasında keçmiş ACP üzvləri var. Böyük
ehtimalla, onlardan partiya rəhbərliyində təmsil olunanlar da
olacaq”,– deyə bildirən S. Əkbər konkret kimləri nəzərdə tutduğunu
açıqlamayıb.
ACP Ali Məclisinin sədri olmuş Zəminə Dünyamalıyeva Publika.az-a
açıqlamasında bildirib ki, S. Əkbərin gördüyü işin ona aidiyyəti
yoxdur.
“Əgər yeni partiya yaradırsa, uğurlar arzulayıram. Amma bunun
mənə dəxli yoxdur”,– deyə o bildirib. Qeyd edib ki, yeni partiyanın
qurultayında iştirak üçün ona nə dəvət göndərilib, nə də özünün
belə bir fikri var.
S. Əkbərin keçmiş müavini Vaqif Mahmudov isə
Publika.az-a açıqlamasında bildirib ki, yenidən S.
Əkbərin yanına qayıtmaq fikri yoxdur. Onun sözlərinə görə,
qurultayda iştirak etmək fikri yoxdur.
“Mən bundan sonra siyasi şərhçi kimi fəaliyyət göstərmək istəyirəm.
Amma bu o demək deyil ki, mənim S. Əkbərlə münasibətlərim pisdir.
Əksinə, bizim normal münasibətlərimiz var”,– deyə o bildirib.
Asif
-
Magazin111:35
Azərbaycanda tanınmış müğənni ağır qəzaya düşdü: oğlu öldü - FOTO
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Sosial10:50
“Bakı marafonu 2024”ə start verildi
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı