Nida.az
Bakıya gələn ermənilərə görünməmiş “sürpriz” hazırlanır
“Bu dəfə ermənilərin Bakıya gəlməsinə reaksiyamız daha kəskin və sərt olacaq. İndiyə qədər olan etirazlarımızın daha yüksək və görünməmiş formasını seçəcəyik”.
Bu barədə Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Publika.az-a açıqlamasında, iyunun 27-də ATƏT PA-nın Bakıda keçiriləcək 23-cü yay sessiyasına erməni deputatların da qatılmasına münasibət bildirərkən deyib.
QAT sədri qeyd edib ki, Bakıda keçirilən NATO PA-nın seminarı zamanı onların etirazı bir qədər yumşaq oldu: “Cəmiyyətdə də belə fikirlər yaranıb ki, ermənilər gəlsin, bizim uğurları görsünlər. Biz sözümüzü deyək, qansalar da, qanmasalar da, özləri bilər. Amma onlar gəldilər və özlərini çox həyasız formada göstərdilər. Restoranlarda oturdular, şəhəri gəzdilər. Gedəndən sonra da Azərbaycan haqda ağızlarına gələni danışdılar.
A. Nağı deyib ki, onların məqsədi ermənilərin ayağını Bakıdan
kəsməkdir.
“Ona görə də bu dəfə daha fərqli, görünməmiş etiraz edəcəyik.
İndidən heç nə demək istəmirəm, zamanı gələndə hər kəs görəcək.
Böyük “sürprizimiz” olacaq”,– deyə təşkilat sədri bildirib.
Asif
-
Hadisə16:27Görüşlərə hərbi formada gələn "məmur" - Şirkətlərə 358 min ziyan vurub
-
İdman14:54Millimizin üzvü Almaniya klubunda
-
MDB14:15Rusiyanın ən böyük zavodlarından biri Ukraynanı dəstəklədiyi üçün satışa çıxarıldı
-
Region14:05İranda dəhşət: Qadını küçədə elə hala saldılar ki... - VİDEO
-
Magazin213:50"Şmatko" görmə qabiliyyətini itirib?
-
ABŞ13:34Dünya bundan danışır: Saniyələr ərzində dondu – VİDEO
-
Maraq dünyası11:46Buzlu suyun altında 20 saat qalan kişi sağ tapıldı
-
Nəqliyyat11:30Bir mübahisə, onlarla zərərçəkən: Sürücü pul yığmalıdır, yoxsa...




































