Nida.az
Bakıdakı forumla bağlı Afinada dünya liderlərinin görüşü keçiriləcək
Bakıda keçiriləcək II "Global Shared Societies" Forumuna
hazırlıq məqsədilə Yunanıstanın paytaxtı Afina şəhərində 19-21
fevral 2014-cü il tarixində təşkil olunacaq "II High Level Meeting"
(Yüksək Səviyyəli Görüş) öz ətrafında dünya liderlərini toplamaqda
davam edir.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən verilən məlumata görə, belə
ki, forumun işində Latviyanın sabiq prezidentləri xanım Vayra
Vike-Freyberqa və Valdis Zatlers, Rumıniyanın sabiq Prezidenti Emil
Konstantinesku, İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl
Seragəldin, Albaniyanın sabiq Prezidenti Rexhep Meidani, Serbiyanın
sabiq Prezidenti Boris Tadiç, Bolqarıstanın sabiq Prezidenti Petar
Stoyanov, Gürcüstan Universitetinin sədri xanım Giuli Alasania,
İsveçrə Prezidentinin müşaviri səfir Valter Füst, Yunanıstanın
sabiq Baş naziri George Papandreous, sabiq xarici işlər naziri Dora
Bakoyannis və bir sıra digər liderlərin iştirakı nəzərdə
tutulub.
Ali toplantı YUNESKO-nun xoşməramlı səfiri xanım Marianna
V.Vardinoyannisin himayəsi və İsgəndəriyyə Kitabxanasının dəstəyi
ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Madrid Klubu və Dünya Elmlər
və Mədəniyyət Akademiyası tərəfindən təşkil olunur. /Trend/
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin12 May 18:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO