Nida.az
Moskva Bakını aldadır?- Rusiyalı ekspertdən etiraf
“Moskva Azərbaycanın öz xarici siyasət kursunu dəyişdirəcəyinə və Avrasiya İttifaqına daxil olacağına ümid bəsləmir”.
Publika.az xəbər verir ki, bu barədə məşhur rusiyalı politoloq Andrey Piontrovskiy son vaxtlar Azərbaycanın Avrasiya İttifaqına daxil olması şərti ilə Rusiyanın Ermənistan tərəfindən işğal olunmuş rayonları geri qaytaracağı haqda deyilənlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Ukrayna Avropaya özü ilə birgə Moldova və Gürcüstanı da apardı: “Qazaxıstan və Belarusiya isə Rusiyanın siyasi ittifaq ideyasının rədd etdi, onlar yalnız iqtisadi sfera ilə kifayətləndilər.
Halbuki SSRİ-nin bərpası Rusiyanın əsas hədəfi idi. Hesab
etmirəm ki, bunların fonunda rəsmi Bakı öz siyasi kursunu
dəyişdirsin. Moskvada onsuz da heç kim bu illüziya haqda düşünmür.
Ona görə də Moskva faktiki olaraq Dağlıq Qarabağ münaqişəsində
status-kvonun saxlanılmasının tərəfdarıdır”.
Rusiyalı ekspert hesab edir ki, Moskva, sadəcə olaraq, Azərbaycanla münasibətlərini korlamaq istəmir.
“Astanadakı toplantıda Qarabağla bağlı yaranan sualları gördük.
Hazırda Ermənistanın ittifaqa qoşulması Moskvaya lazımdır. Rusiya
bunu Ermənistan hakimiyyətinə təzyiqlərlə qəbul etdirdi”,– deyə o
bildirib.
Qeyd edək ki, son günlər erməni media ilə yanaşı, Azərbaycan
mediası da yaxın günlərdə bir neçə rayonun Azərbaycana
qaytarılacağı xəbərini yazır.
Asif
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi