Ceyms Uorlik: “Qarabağda müharibə təhlükəsi var”
Bizi izləyin

Nida.az

Ceyms Uorlik: “Qarabağda müharibə təhlükəsi var”

Minsk qrupunun həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsində status-kvonun getdikcə daha da təhlükəli olduğunu açıqlayıb.

Publika.az xəbər verir ki, amerikalı həmsədr bu barədə “Twitter” hesabında yazıb.

“ATƏT sədri ilə görüşmək üçün bu gün Vaşinqtonu tərk edirəm. Görüşdə məqsəd Dağlıq Qarabağ probleminin nizamlanması üçün növbəti addımları müzakirə etməkdir. Status-kvo getdikcə daha çox təhlükəli olur”,- deyə C. Urolik bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm