Nida.az
Vaşinqton Rusiya sərhədində cəbhə yaradır: Bakı razılaşacaqmı?
ABŞ Senatında Ukrayna, Gürcüstan və Moldovaya NATO-nun müttəfiqlik statusunun verilməsi təklifi irəli sürüldü. Burda əsas şübhələr Vaşinqtonun Rusiya ilə sərhəddə öz müttəfiq həlqəsini yaratması ilə bağlıdır. ABŞ Konqresində irəli sürülən “Avropa və Avrasiyada Ukrayna və başqa suveren dövlətlərə qarşı Rusiya təcavüzünün qarşısının alınması” layihəsi fonunda əsas ehtimallar Vaşinqtonun GUAM ölkələrinə yer ayırmasıdır. Belə ki, Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova Rusiya təcavüzündən əziyyət çəkən ölkələrdir.
Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, Moskvanın hazırda əsas qorxusu Bakını itirməkdir. Hansı ki, Gürcüstan, Ukrayna və Moldova Avropaya doğru ilk addımlarının atıblar. Azərbaycansa hələ də öz siyasi xəttini qoruyur. Digər tərəfdən, Azərbaycanın itirilməsi Kreml üçün Qafqazın itirilməsinə bərabərdir. Bunu Moskvada yaxşı anlayırlar.
Hazırda Vaşinqtonun Rusiyaya qarşı irəli sürdüyü sənədin müzakirəsi gedir. Bu sənəd qəbul edilərsə, NATO adıçəkilən ölkələrlə əməkdaşlığa başlayacaq. Bu da o deməkdir ki, NATO üzvü olmasalar belə, bu ölkələrin ərazisinə müdaxiləyə Şimali Atlantik Alyansı cavab verəcək. Ən ilginc ehtimal kimi Vaşinqtonun bunu GUAM çərçivəsində etmək niyyətinin olmasıdır. Bu isə Azərbaycanın da eyni həlqədə yer almasıdır.
Lakin rusiyalı siyasi ekspert Konstantin Bondarenko hesab edir
ki, Rusiyaya qarşı Konqresdə irəli sürülən sənədin qəbul edilməsi
ehtimalı azdır. Onun sözlərinə görə, bu sənədi respublikaçılar
irəli sürüb: “ Hakimiyyətdə demokratlardır, respublikaçılar da
onlarla rəqabət aparırlar”.
Bondarenko hesab edir ki, NATO-nun GUAM-la işbirliyinə başlaması
çətin görünür. Çünki vaxtilə antirusiya layihə kimi formalaşan bu
birlik istənilən effekt vermədi.
“Son 10 ildə vəziyyət xeyli dəyişdi. Azərbaycan öz enerji
siyasəti ilə hədəflərini müəyyənləşdirdi. Bakı və Moskva təzəlikcə
öz münasibətlərini qaydaya sala biliblər. Bunun yenidən
gərginləşməsi heç birinə sərf etmir.
Bununla yanaşı, təkcə Azərbaycan deyil, Gürcüstan da eyni şeyi
düşünür. Tiflis artıq Saakaşvilinin dönəmini keçdi. Moldovanın
Dnestrayanı problemi hələ də qalır, Ukraynanın vəziyyəti isə göz
önündədir. Bunun reallaşması o qədər də asan deyil”, - deyə
rusiyalı ekspert qeyd edib.
Asif Nərimanlı
-
Dünya06:49
Bu ölkədə havanın temperaturu 52 dərəcəyə çatdı
-
Dünya05:15
Ərdoğandan İtaliyaya Fələstinlə bağlı ÇAĞIRIŞ
-
Dünya03:18
Məşhur vulkan yenidən püskürdü
-
İdman02:00
UEFA Konfrans Liqasının qalibi məlum oldu
-
Qoroskop00:25
Günün qoroskopu: ideyaların reallaşdırılması üçün uğurlu gündür
-
Nida Xəbər 29 May 22:28
Ceyhun Bayramov Pakistanda səfərdədir
-
Magazin229 May 21:52
Kadir İnanır yenidən xəstəxanaya yerləşdirildi
-
MDB29 May 20:50
Qadın ərini öldürmək üçün 4 min manata killer tutdu: Görün nə baş verdi