Nida.az
İsa Qəmbərin müşaviri Xədicə İsmayıla: “Keç Əli Kərimlinin partiyasına...”- Şok ittihamlar
Müsavat başqanının müşaviri Səxavət Soltanlı jurnalist Xədicə İsmayıla sərt ittihamlar irəli sürüb.
Publika.az xəbər verir ki, S. Soltanlı “facebook” səhifəsində X. İsmayıla od püskürüb.
“Əli Kərimlinin qonaq olduğu (İşdən Sonra) verilişdə hansısa təxribatçı qaragüruhun (təxmin etmək olar kimlər tərəfindən göndərilib) yazdığı iftira dolu bir mesajı, Azərbaycan siyasətində ləyaqət simvolu hesab olunan İsa Qəmbərin adını “Əlikramla, Rəhim Qazıyevlə birlikdə Elçibəyi devirən” insanlar kimi oxuması nə deməkdir? İnsan bu qədərmi qərəzli olar?
İsa Qəmbər və dostlarının AXC hökumətini son ana qədər
qorumasını bilmirmi? O, sualı səsləndirmişdisə belə, hansısa
formada bu suala cavab verilməli idi. Jurnalist etikası deyilən bir
şey olmalı idi axı! Bir insanın cavab vermək imkanı yoxdursa, onun
haqqında yalan və böhtan səsləndirmək yolverilməz deyilmi? İsa
Qəmbərin adının o insanlarla yanaşı, o “məzmunda” hallanması
“Azadlıq Radio”sunun “Lider” TV ilə, Xədicə İsmayılın adı isə
hansısa böhtançı bir jurnalistlə birlikdə “Vicdanlı jurnalistlər
mükafatına” layiq görülməsi kimi bir şeydir. Yenə də vicdanım yol
vermədi ki, həmin adlardan hansınısa Xədicə İsmayılla yanaşı yazım.
Bunun adı jurnalistika deyil, Müsavata qarşı qərəzin imkan
vermirsə, o zaman keç istədiyin partiyaya, lap elə sədri ol. Bu hal
Xədicə İsmayıl tərəfindən artıq neçənci dəfədir ki, təkrar olunur
deyə yazdım.
Hər şeyin bir həddi olmalıdır, məncə”, - deyə İsa Qəmbərin müşaviri
bildirib.
Asif
-
Sosial15:20
Əməkhaqqı ilə bağlı mühüm dəyişiklik - İyulun 1-dək...
-
Rəsmi xronika14:41
Prezident və birinci xanım Şuşada
-
Dünya14:12
Cəlal Şəngördən şok iddia: Türkiyə bu ölkə ilə birləşəcək
-
Dünya13:52
20 ildən sonra ilk dəfə xəbərdarlıq edildi - Bu gün başlayır, çox təhlükəlidir...
-
İqtisadi gündəm13:27
Türkiyə gündəmi silkələndi: Ərdoğanın vəzifədən azad etdiyi xanım qayıdır
-
Hadisə12:42
Azərbaycanda iki tələbə faciəli şəkildə öldü
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...