Nida.az
“Əgər getsən...” - Moskva Bakıya “sərt nümunə” göstərdi
Rusiya Moldovadan gələn meyvə-tərəvəz məhsullarını qadağan edib.
Publika.az rus mediasına istinadən xəbər verir
ki, dünən Kişinyovun məhsullarında yararsız maddələr aşkar olunaraq
götürülüb. Beləliklə də, Moldovadan idxal olunan alma, armud,
heyva, ərik, albalı, gilas, şaftalı, həmçinin bu meyvələrin
ağaclarının idxalı qadağan olunub. Bununla yanaşı, eyni qadağanın
Moldova şərabına da tətbiq ediləcəyi gözlənilir. Artıq Moldovadan
gələn ət və ət məhsullarına da məhdudiyyətlər qoyulub.
Bu, Kişinyovun Gömrük Şurasında üz döndərərək, Avropa Birliyi ilə
assosiativ saziş imzalamasına cavabdır.
Eyni yanaşma Ukraynaya qarşı da sərgilənəcək. Bu isə hər iki ölkənin iqtisadiyyatı üçün ağır zərbədir. Çünki Moldova və Ukrayna məhsullarının əsas ixracatçısı Rusiya idi.
Rusiyalı ekspert Aleksandr Mixaylenko hesab edir ki, bu, Moskvanın “dərsidir”. Onun sözlərinə görə, bu ölkələrə qarşı Rusiyanın gülərüz yanaşmayacağı bəlli idi: “Amma bu qədər sərt formada olacağı da gözlənilmirdi. Moskva bununla digərlərinə nümunə də göstərir, yəni eyni addımı atan belə olacaq”.
Ekspert qeyd edib ki, Rusiyanın nümunə göstərmək istədiyi ölkələr Cənubi Qafqaz ölkələridir.
“Hansı ki, Gürcüstan da Moldovanın yolunu gedir, lakin bu regionda situasiya bir qədər fərqlidir. Ermənistan Rusiyanın müttəfiqidir. Əsas məsələ Azərbaycandır. Moskva Bakıya “Əgər getsən, bu vəziyyətə düşə bilərsən” mesajını verir, Azərbaycanınsa bu addımı atacağı hələ ki görünmür. Lakin eyni mesaj ümumilikdə verilir və region ölkələrinin hər biri öz nəticəsini çıxardacaq”,- deyə ekspert bildirib.
Asif
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər
-
Magazin127 Aprel 23:50
Xuramandan ŞOK ETİRAF: "Yoxsa onu öldürərdim"
-
Region27 Aprel 23:40
Türkiyədə polis bölməsinə SİLAHLI HÜCUM: polis 2 həmkarını öldürdü, 8-ni isə... - VİDEO
-
Sosial27 Aprel 23:30
Şəhid atası möcüzə kimi hadisə danışdı: Yuxuda... - VİDEO
-
Magazin127 Aprel 23:20
Bu da Azərbaycanın "Avroviziya" mahnısına çəkilən klip - VİDEO
-
Region27 Aprel 21:12
Diş həkimindən ŞOK ƏMƏL: implantı pasientin beyninə bağladı, sonra...
-
Sosial27 Aprel 21:00
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU