Qarabağ
Xankəndidəki yeni royal: 34 ildən sonra ilk dəfə... - VİDEO
Xankəndinin Parlament meydanı yaxınlığındakı parkda yeni royal yerləşdirilib.
Publika.az xəbər verir ki, şəhərin yenidənqurma, təmir və bərpa işlərini həyata keçirən Bakı Abadlıq Xidməti 33 il sonra doğma yurda qayıdacaq sakinlərin mədəni istirahətinin təşkili istiqamətində də addımlar atır. Şəhərin mərkəzi parkına qoyulan elektroroyal məhz açıq havada istifadə etmək üçün hazırlanan, xüsusi proqram təminatına malik alətdir.
“Cadenza” markalı royallar həm elektriklə, həm də günəş enerjisi ilə işləyir. Bu isə əlavə enerji xərclərinin qarşısını almaqla yanaşı, həm də alətlərin istənilən yerə daşınmasına şərait yaradır. Klassik pianodan fərqli olaraq yeni aləti kökləmək də lazım deyil. Elektroroyal rütubətə və ultrabənövşəyi şüalara davamlıdır. Bu o deməkdir ki, il boyu - yağışda da, qarda da, qızmar günəş altında da həmin alətdə musiqi ifa etmək mümkün olacaq.
Xatırladaq ki, dünyanın bir çox meqapolislərində küçələrə royallar qoyulur. İki il əvvəl bu təcrübə Azərbaycanda da sınaqdan keçirilib. Bakı Abadlıq Xidməti paytaxtın Filarmoniya bağına elektroroyal hədiyyə edib. Həmin royal sözügedən bağa xüsusi bir ovqat, xüsusi canlanma gətirdi. Bu gözəl təşəbbüsün davamı Qarabağda baş tutdu.
Şəhərdəki yeni musiqi alətini ilk dilləndirən də Xankəndidə çalışan əməkdaşlardan biri olub. 34 ildən sonra ilk dəfə bu ərazidə öz musiqimiz - “Qarabağ” mahnısı səsləndirilib. Bu, gələcəyə ünvanlanan ən doğru mesajdır - anadır arzulara hər zaman Qarabağ!
Qeyd edək ki, izlədiyiniz süjet Laçında videoçəkilişləri həyata keçirən “Absheron Group Production” tərəfindən təqdim edilib.
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın










.jpg)














.jpg)













