Nida.az
“Vəhşidən ancaq vəhşilik gözləmək olar”
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rafael Cəbrayılov Ermənistan tərəfindən girov götürülmüş Azərbaycan vətəndaşlarına qarşı amansız işgəncələrin verilməsinə münasibət bildirib.
Deputat R.Cəbrayılov Publika.az-a açıqlamasında deyib ki, ermənilərin azərbaycanlı girovlarla amansız rəftar etməsi onun üçün elə də təəccüblü deyil:
“Çünki ermənilər vaxtilə rəhmətlik Mübariz İbrahimovun meyiti ilə də eyni cür rəftar etmişdilər. Meyitlə bu cür rəftar edən ermənilərin girovla necə amansız rəftar edəcəyi hamıya məlumdur. Vəhşidən ancaq vəhşilik gözləmək olar. Ermənilərdən yaxşı hər hansı hərəkət gözləmək olmazdı.
Bəzən beynəlxalq hüquqla məsələlərə şərh verəndə, hüquqşünas olduğum üçün utanıram. Çünki indi beynəlxalq hüquq utandırıcı səviyyəyə düşüb”.
Deputat qeyd edib ki, artıq beynəlxalq hüquq güclünün hüququna çevrilib:
“Əgər fikir versəniz, görərsiniz ki, indi siyasi mənafelər beynəlxalq hüququ üstələyib. Bu gün beynəlxalq hüquq siyasi mənafelərə tabedir. Son illər dünyanın bir çox regionunda, o cümlədən Yaxın və Orta Şərqdə, Cənubi Qafqazda və Ukraynada baş verən hadisələr mənim dediyimi bir daha təsdiqləyir. İndi beynəlxalq hüquq yoxdur. Yalnız söhbət güclünün hüququndan gedir”.
Vasif Həsənli
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO