Nida.az
Rusiyaya qarşı 3 sanksiya ssenarisi: Putin imperiyası çökür
Avropa Rusiyaya qarşı sanksiyalara qoşulur.
Publika.az xəbər verir ki, bununla bağlı Avropa Komissiyası xüsusi sənəd hazırlayıb. “Avropa Birliyi və üzv ölkələrin iqtisadiyyatında Rusiya barəsidə məhdudlaşdırıcı ölçülərin qiymətləndirilməsi” adlanan sənəddə Rusiyaya qarşı “yüksək səviyyə” sanksiyalarının tətbiqində üç mümkün variant əks olunur.
Birinci, “aşağı intensivlik ssenarisi”nə 7 kateqoriya
daxildir.
1. Zinət əşyalarının (briliyant, qiymətli metallar, xəzlər), eləcə
də spirtli içkilər, kürü və qida məhsullarının idxalına qadağa.
2. Gübrələr, kimyəvi preparatlar, avtomobil şinləri, gəmilər və
nüvə komponentlərinə qadağa.
3. Silahların idxalına və ixracına qadağa.
4. Göstərilən sahələrdə ixracat maliyyələşdirilməsinə qadağa.
5. Rusiya vətəndaşlarının və bəzi şirkətlərinin “qara siyahısını”
genişləndirmək.
6. Avropa Birliyi tərəfindən Rusiya layihələrinə qrantların
dayandırılması.
7. Avropa investisiya bankı tərəfindən Rusiyaya kreditlərin
dayandırılması.
İkinci, “Orta intensivlik ssenarisi”nə 9 kateqoriya
daxildir.
1. Bütün yarımfabrikatların və emal məhsullarının idxalı
dayandırılsın.
2. Həssas texnologiyalar və silahın bütün idxal-ixracına
qadağa.
3. “Qara siyahı” genişləndirilsin.
4. Ticarətə, investisiyalara və buna uyğun maliyyə xidmətlərinə
məhdudiyyətlər qoyulur.
5. Rusiya Federasiyası və Avropa Birliyi şirkətləri arasında azad
kapital hərəkəti məhdudlaşdırılır.
6. Rusiyanın avtomobil və dəniz xidmətindən istifadə
məhdudlaşdırılır.
7. Rusiya investisiyaları, eləcə də enerji sektorundakılar
dondurulur.
8. Kömürün idxalı dayandırılır.
9. Avropa Birliyi ilə Rusiyanın istənilən əməkdaşlığı
dayandırılır.
Üçüncü, son və ən sərt ssenari “yüksək intensivlikdir”.
Burada 5 kateqoriya əksini tapıb.
1. Kapital bazarında məhduduiyyətlərin tətbiqi.
2. Avropa Birliyindən Rusiyaya istənilən yeni investisiyaların
qadağası.
3. Avropa Birliyində Rusiyanın bütün aktivlərinin dondurulması.
4. Qaz idxalının dayandırılması.
5. Neft idxalının dayandırılması.
Ekspertlər hesab edir ki, belə sanksiyalar Rusiya üçün 300 milyard
dollar itkidir. Lakin bu sənəd qəbul olunmayıb. Hələ ki müzakirə
mərhələsindədir. Bununla yanaşı, Avropa Birliyinin Rusiyaya qarşı
hansı səviyyədə sanksiya tətbiq edəcəyi də diqqət çəkir.
Asif Nərimanlı
-
Magazin119:36
“Çıxışlarım son anda təxirə salınır”
-
Magazin118:48
Azər Baxşəliyev sağdır - Həkimlərdən SON DƏQİQƏ AÇIQLAMASI - YENİLƏNDİ
-
Rəsmi xronika17:52
İlham Əliyev Monteneqro prezidentinə başsağlığı verdi
-
Maraq dünyası17:06
Bu bürclərə şad xəbər - İlan ili sizi sevindirəcək
-
Rəsmi xronika16:17
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - YENİLƏNDİ / FOTO
-
Dünya16:00
Dünyanın ən güclü xüsusi təyinatlıları - SİYAHI
-
Sosial15:10
Əhali üçün təbii qazın qiyməti bu qədər oldu
-
Dünya14:34
Məşhur astroloqdan bütün bürclərə xəbərdarlıq: Həmin gündür!