ABŞ-ın məşhur radioverilişinin aparıcısı Gəncədə - FOTO
Bizi izləyin

Nida.az

ABŞ-ın məşhur radioverilişinin aparıcısı Gəncədə - FOTO

ABŞ-ın məşhur və geniş dinləyici auditoriyası olan “Con Batçelor Şou” (John Batchelor Show) radioverilişinin aparıcısı Con Batçelor Gəncəyə səfər edib.

Publika.az-ın məlumatına görə, qonaq ölkənin ikinci böyük şəhərinə səfəri çərçivəsində oktyabrın 17-si gecə saatlarında raket mərmisinin düşdüyü əraziyə baxıb.

C.Batçelor Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə atılan raket nəticəsində dağılmış ərazilərdə baş verənlər barədə məlumatlandırılıb.

Məqsəd erməni terorunu, ermən vəşiliyini dünya ictimaiyyətinə, o cümlədən Amerika cəmiyyətinə çatdırmaqdır.

Jurnalist qeyd edib ki, gördükləri müharibə cinayətidir və həqiqətləri hər kəs bilməlidir: “Amerikaya dönüb canlı yayım edəcəyik. Konflikt barədə, xüsusi ilə Gəncə hadisələri ilə bağlı Amerika cəmiyyətinə dolğun məlumat verəcəyik. Mən bura gəlməzdən öncə Tramp administrasiyasının təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Con Boltonla Azərbaycan və Qafqazdakı vəziyyəti müzakirə etmişik. Hesab edirik ki, bu regionun çox parlaq gələcəyi var”.

Səfər çərçivəsində Con Batçelor Gəncə şəhərində raket zərbələrinin düşdüyü digər ərazilərə də baş çəkib.

Məlumat üçün bildirək ki, Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Gəncədə mülki şəxslərin yaşadığı ərazilər “Skad” tipli ballistik raketlərdən atəşə tutulub. Nəticə etibarı ilə 26 dinc sakin dünyasını dəyişib, şəhid olanların sırasında azyaşlı uşaqlar da var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm