Nida.az
“Azərbaycan İran-Səudiyyə qarşıdurması meydanına çevrilir” - İTTİHAM
“İstər sələfi dindarların dilindən anti-şiə bəyanatları, istərsə
də şiə din xadimlərinin dilindən anti-sələfi bəyənatlarının
səslənməsi çox qorxulu haldır”.
Publika.Az xəbər verir ki, bu barədə ilahiyyatçı Altay Göyüşov dini müstəvidə yaşanan son gərginliyə münasibət bildirərkən deyib. A. Göyüşov QMİ sədri Allahşükür Paşazadəni ittiham edib: “A. Paşazadə “Suriya-Suriya” deyə-deyə Azərbaycanı İran-Səudiyyə toqquşmasının meydanına çevirir. Nəzərə alın ki, iranlılar da, səudiyyəlilər də burda öz “dindar” bazalarının məhz A. Paşazadənin köməyi ilə yaradıblar.
İranlılar hər yerdə deyirlər ki, bəs A. Paşazadə olmasaydı, indi
Azərbaycanda şiəlik qalmamışdı. Səudiyyə səfirləri isə burda Həcc
məsələsi meydana gələndə heç hökuməti göndərdiyi adamlara viza
vermirdilər ki, ancaq A. Paşazadənin razılığı ilə gəlin. Onun
biznes maraqlarını elə qoruyurdular ki, sanki o, Səudiyyə
vətəndaşıdır”.
A. Göyüşov iddia edib ki, QMİ provakasiya ilə məşğuldur. Onun
fikrincə, bu üsuldan həmişə şəxsi maraqları üçün yararlanırlar.
Asif
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO