“Putin onları rüsvay etdi”- “Nezavisimaya qazeta”dan Qarabağ üçün 5 yanaşma
Bizi izləyin

Nida.az

“Putin onları rüsvay etdi”- “Nezavisimaya qazeta”dan Qarabağ üçün 5 yanaşma

Ötən bazar günü Soçidə keçirilən prezidentlərin görüşündən sonra cəbhədə iki gündür müəyyən sakitlik müşahidə olunur. Təbii ki, bunun həmişəlik belə olacağını demək çətindir, amma görüşdən sonrakı bu sakitlik Putinin təşəbbüsü ilə müəyyən razılıqların əldə olunduğunu göstərir.

Publika.az xəbər verir ki, Rusiyanın nüfuzlu “Nezavisimaya qazeta” nəşri Soçi görüşündən sonrakı vəziyyəti şərh edib.

Nəşr yazır ki, Putinin Soçidə münaqişəni həll edəcəyini düşünmək sadəlövh olardı. Çünki münaqişə hələ gəncdir, cəmi 20 illik tarixə malikdir. “Bununla yanaşı, gərək tərəflərdən biri öz prinsipindən - ya Azərbaycan ərazi bütövlüyü prinsipindən, ya da Ermənistan Qarabağın müstəqilliyindən imtina etsin. Lakin Putin qısamüddətli olsa da, cəbhədəki gərginliyi azalda bildi”, - nəşr yazır.

“Nezavisimaya qazeta” Qarabağ münaqişəsi üçün 5 yanaşma irəli sürüb: “Birincisi, Qərb vasitəçiləri gərginliyin qəfil baş verməsi və dondurulmuş münaqişənin aktivləşməsinin səbəbləri üzərində düşünərkən Rusiya lideri yubanmadan tərəfləri danışıqlar masasına dəvət etdi.

İkincisi, Moskvanın təsir effektləri ikiqat oldu. Soçi görüşünə az qalmış Fransa prezidenti Olland tərəfləri görüşdürmək təklifi irəli sürmüşdü. Tərəflərin BMT-nin Nyu-York sammitində danışıqlar aparacağı gözlənilirdi. Lakin Qərbə “yox” cavabı verildi.

Üçüncüsü, Rusiya başa sala bildi ki, Qarabağ Ukrayna kimi olmayacaq və Qərbin yanaşmaları səhvdir. Rusiya postsovet məkanındakı hadisələri diqqətlə izləyir, Cənubi Qafqazı öz geosiyasi maraqlarının zonası hesab edir və regiona diqqət ayırmağa hazırdır. Lazım olsa, regionda sülhməramlılarını yerləşdirəcək. Düzdür, sülhməramlılardan Əliyev və Sərkisyan imtina etdilər.

Dördüncüsü, Putin analitikləri rüsvay etdi. Halbuki onlar inandırmağa çalışırdı ki, Rusiya Azərbaycanı Avrasiya İttifaqına daxil etmək üçün öz müttəfiqi Ermənistanın maraqlarını qurban verəcək və İrəvana bir qədər geri çəkilməyi tövsiyə edib.

Beşincisi, kim güman edirdisə ki, Moskva “kim mənimlə deyil, o qarşımdadır” prinsipi ilə yanaşır, onlar da rüsvay oldu. Putin nümayiş etdirdi ki, Ermənistan müttəfiqidir və onunla problem yoxdur, Azərbaycan da Rusiyanın yaxın əməkdaşıdır. O, Cənubi Qafqazda sabitliyin olmasında maraqlıdır”.

“Nezavisimaya qazeta” qeyd edir ki, Qərblə böhran münasibətləri fonunda Rusiyanın müvəffəqiyyəti müəyyən dairələri qıcıqlandırır. “Xüsusilə, Azərbaycan və Ermənistan liderlərinin danışıqlar masasında oturmağa istiqamətlənmiş Qərb siyasətçilərinin cəhdləri nəticə verməyəndə. Lakin vasitəçilərdən birinin çox yox, iki həftə cəbhədə olması münaqişəni anlamağa bəs edərdi. Nə yaxşı ki, Moskvanın vaxtında müdaxiləsi atəşi dayandırdı”, - nəşr sonda qeyd edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm