Nida.az
İlham Əliyev Serbiyanın müdafiə nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 12-də Serbiya Respublikasının müdafiə naziri Bratislav Qaşiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlərin müxtəlif
sahələrdə inkişafının yaxşı səviyyədə olduğunu vurğulayan
dövlətimizin başçısı bu əlaqələrin genişləndirilməsində yüksək
səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi. Ölkələrimiz
arasında əlaqələrin müdafiə sahəsində inkişafı məsələsinə toxunan
Prezident İlham Əliyev bu istiqamətdə də əməkdaşlığın
perspektivləri ilə bağlı aparılan müzakirələrin əhəmiyyətini
diqqətə çatdırdı.
Serbiyanın müdafiə naziri Bratislav Qaşiç dedi: "Cənab Prezident,
Sizinlə - Serbiyanın böyük dostlarından biri ilə görüşməkdən
məmnunluq hissi keçirirəm". Nazir Serbiya Prezidenti Tomislav
Nikoliçin və Baş nazir Aleksandr Vuçiçin salamlarını dövlətimizin
başçısına çatdırdı. Azərbaycan ilə Serbiya arasında münasibətlərin
inkişafına toxunan B.Qaşiç ölkələrimiz arasında ikitərəfli
əlaqələrin heç vaxt indiki kimi yüksək səviyyədə olmadığını
vurğuladı.
O, Azərbaycan ilə Serbiya arasında münasibətlərin gələcəkdə də uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirdi.
Dövlətimizin başçısı Serbiya Prezidenti Tomislav Nikoliçin və Baş
nazir Aleksandr Vuçiçin salamlarına görə minnətdarlığını bildirdi,
onun da salamlarını Serbiyanın Prezidentinə və Baş nazirinə
çatdırmağı xahiş etdi.
-
Magazin121:48
Ağakərimin son vəziyyəti AÇIQLANDI - FOTO
-
Hadisə21:36
Zaqatalada dönərdən zəhərlənənlərin SAYI ARTDI - YENİLƏNDİ
-
Nida Xəbər 20:24
Vəzifədən azad edilən eks-baş nazir DANIŞDI: "Adamı əsəbiləşdirirlər"
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmandan polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO