Nida.az
Bakı Qarabağa görə 5 milyard dollar təklif edib?
Rusiyanın politrus.com portalında anonim müəllifin Qarabağa dair sensasion məlumatı dərc olunub.
Virtualaz.org saytı xəbər verir ki, məlumatda Azərbaycanın Qarabağı
geri almaq üçün Ermənistana 5 milyard dollar təklif etdiyi iddia
olunur.
Məlumatda deyilir: “Politrus.com saytının prezident İlham Əliyevin
ətrafına yaxın məlumatlı mənbədən aldığı informasiyaya görə,
Azərbaycan Emənistana 5 milyard dollar tranş verməyə hazırdır. Bu,
Ermənistanın bütün xarici borcunu ödəməyə bəs edər. Pul
köçürülməsini birbaşa iki ölkənin Mərkəzi bankları arasında deyil,
beynəlxalq maliyyə strukturları, məsələn, Beynəlxalq Valyuta Fondu
(BVF) üzərindən həyata keçirmək nəzərdə tutulur.
Bakı BVF-nin bu köçürmə üçün xidmət haqlarını da ödəməyə hazırdır.
Bunun əvəzində Ermənistan 2015-ci ilin sonuna qədər Qarabağdan
bütün hərbi birləşmələrini çıxarmalı və əraziləri 2019-cu ilədək
orada qalacaq ATƏT, yaxud Kollektiv Təhlükəsizlik Müqaviləsi
Təşkilatı sülhməramlılarının nəzarətinə verməlidir. Həmin dövrdə
Azərbaycan Dağlıq Qarabağda paritet əsasda yerli hakimiyyət
orqanları yaratmalı, Konstitusiyada dəyişiklik edib erməni dilinə
ikinci regional dil statusu verməli, regionun bütün təhsil
müəssisələrində erməni dilinin mütləq tədris edilməsini
qanuniləşdirməlidir”.
Sayt iddia edir ki, bu məsələ ilə bağlı danışıqlar Cenevrədə gedir.
Rəsmi Bakı Dağlıq Qarabağ ermənilərinə ikili vətəndaşlıq
verilməsinə müsbət baxmır. Çünki ikili vətəndaşlığa görə məsuliyyət
nəzərdə tutulur. Ermənistan tərəfi isə öz vətəndaşlarının 180
təqvim günü ərzində Dağlıq Qarabağa sərbəst-gedib gələ bilməsini
istəyir.
“Ən başlıcası isə budur ki, İrəvan kompensasiyanın məbləğinə razı
deyil. Politrus.com-un mənbələrinin məlumatına görə, Serj
Sərkisyanın emissarları bildirirlər ki, ancaq 10 milyard dollar
məbləğində danışıqlara razıdırlar və pulun 3 il ərzində alınmasına
razılıq verə bilərlər. Yəni ildə 3 milyard dollar. Bu isə
Ermənistanın illik büdcəsinə bərabərdir” - deyə sayt iddia
edir.
Qeyd edək ki, Azərbaycanın Qarabağ anlaşmasına görə Ermənistana
hansısa formada milyardlarla dollar kompensasiya təklif etməsi
barədə söz-söhbətlər çoxdandır dolaşır. Bakı rəsmiləri bir vaxtlar
bildirmişdilər ki, Azərbaycan sülh razılaşmasından sonra Qarabağa
milyardlarla dollar yatırmağa hazırdır.
-
Sosial12:42
Nazir İlahə Fərəcovanı direktor təyin etdi
-
MDB12:06
Rusiya buna məcbur oldu: Döyüş əməliyyatları dayandırılır
-
Dünya11:12
CHP-də Ebru Gündeş krizi: 69 milyonluq konsert partiyanı bir-birinə vurdu - VİDEO
-
MDB10:06
Şəhərlər qəbiristanlığa çevrilib: Ukraynaya göydən BAXIŞ - ŞOK VİDEO
-
İdman10:00
Tahir Süleymanov AFFA-nı biabır etdi: Azərbaycan futbolunun düşmənləri...
-
Avropa09:54
Avropada Rusiyaya görə kritik vəziyyət: təhlükəsizlik təşkilatı yaradırlar
-
Hadisə09:42
Azərbaycanlı general həbs edildi - VİDEO
-
Sağlamlıq08:24
Bu qidalar beyni tez yaşlandırır - XƏBƏRDARLIQ