Nida.az
Müsavatdan sərt çıxış: “Hökumətin qucağında oturmaqda ittiham edirlər”
Müsavat Partiyası başqanının müşaviri Səxavət Soltanlı
müxalifət partiyalarına qarşı şok ittihamlar irəli sürüb.
Publika.az-ın verdiyi xəbərə görə,
başqan müşaviri son zamanlar müxalifət düşərgəsində qarşılıqlı
ittihamlar və bu qarşıdurmada Müsavatın adının hallanmasına sərt
münasibət bildirib.
“Son günlər siyasi aləmdə “canlanma” baş verib. Bir partiya lideri müsahibə verib başqa bir partiya liderini pis əməllərdə ittiham edir, ittiham olunan lider status yazıb cavab verir, qəzetlərdə yazılarla çıxış edib biri-birinin MTN-lə bağlı olduqlarını deyirlər. Biri onu keçmişdə hökumətin qucağında oturmaqda, biri də qarşısındakını bu gün hökumətin qucağında oturmaqda ittiham edir. Kimin kim olduğunu, kimin haqlı olduğunu əksəriyyət bilir. Hər ikisinin də haqlı və yalan dedikləri məqamları da əksəriyyət bilir. Hər iki tərəf çalışır ki, Müsavat Partiyasını da bu çirkin söz oyunlarına qoşsunlar, amma alınmır. Çünki Müsavat belə çirkin oyunlara heç zaman getməyib”, - S.Soltanlı deyib.
S. Soltanlı qeyd edib ki, tərəflərdən biri Müsavatı müxalifətçiliyi monopoliyaya almaqda, digər tərəf Müsavatı loyal partiyalarla, şübhəli insanlarla, hakimiyyətə işləyənlərlə bir yerdə siyasi məhbusları müzakirə etməkdə ittiham edir: “Əgər ora gələnlərdə problem varsa, nəzərə alın ki, sizlərlə bir yerdə, eyni təşkilatda olan partiya və lider bu tədbirin təşkilatçısıdır. Bildiyim qədər, Müsavat heç kimi dəvət etməyib. Sizin hökumətə işlədiyini dediklərinizlə bağlı fikirləri biz hər zaman demişik. Bu, başqa mövzudur. Milli Şura yaranan ərəfədə - 2013-cü il seçkilərinə gedərkən “daha böyük birlik” adı altında birmənalı hökumətin əlaltıları olan partiya və liderləri ətrafınızda cəmləmək istəyən, seçkiyə MTN-nin agenti dediklərinizdən tutmuş, hökumətin əlaltıları dediklərinizə qədər ətrafınıza toplayıb restoranlarda görüşlər keçirənlər siz deyildinizmi?”
Ötən il “Asiman” restoranında ADP sədri Sərdar Cəlaloğlu, AXCP
sədri Əli Kərimli, “Ümid” sədri İqbal Ağazadə, ALP sədri Əvəz
Temirxan, VİP sədri Əli Əliyev, AMİP sədri Yusif Bağırzadə, KXCP
sədri Mirmahud Mirəlioğlunun gizli görüşünə toxunan İsa Qəmbərin
müşaviri qarşı tərəfə suallar ünvanlayıb: “Biz sizin kimi onlarla
bir yerdə hakimiyyətə gəlməyi qarşımıza məqsəd qoymuşuq, yoxsa
hansısa əməkdaşlıq müqaviləsi imzalamışıq və ya buna cəhd etmişik?!
Biz onlarla bir yerdə siyasi mübarizənin mümkünsüzlüyünü deyəndə
buna qarşı savaş açmışdınız, indi onlar məhbus məsələsində biz
deyəni deyirsə, buradan müxalifətə nə zərər gələ bilər? Xırda
zərərləri ola bilər, amma məhbus məsələsində bu xırda zərərləri
neytrallaşdırmaq asandır. Seçkidə və əsas siyasi mübarizədə onların
vura biləcəyi zərərləri isə yəqin ki, hesablaya bilərsiniz. Buna da
siz getmək istəyirdiniz, bəlkə, biz qoymadıq?”
Asif
-
Nəqliyyat23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin123:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin221:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü
-
Kriminal19:50
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı işdə şahidin YALANI ÜZƏ ÇIXDI
-
Nəqliyyat19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI