Nida.az
Sabina Freyzer: “Bu prinsiplərə nə Azərbaycan, nə də Ermənistan əhəmiyyət verəcək” – Özəl
Beynəlxalq Böhran Qrupunun (BBQ) Qafqaz layihəsinin rəhbəri
Sabina Freyzer Publika.az-a özəl
açıqlamasında Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsində
yaranmış son durum, cəbhədəki gərginlik, Soçi görüşü və ümumi
nəticələrlə bağlı danışıb.
S. Freyzer bildirib ki, ötən ayın sonu və avqustun əvvəlindən
başlayaraq cəbhədən gələn həyəcanlı xəbərlər fonunda tərəflər
arasındakı sülh danışıqları əsasən Ermənistan tərəfindən
dondurulmuşdu: “Son dövrlər Ukrayna hadisələrində beynəlxalq
hüququn əsas üç prinsipi - ərazi bütövlüyünün toxunulmazlığı, öz
müqəddəratını təyin etmə və hüququn aliliyi ciddi şəkildə pozuldu.
Bu, xüsusilə Krımda baş verdi. Rusiya nümayiş etdirdi ki, bu
prinsiplər asanlıqla pozula bilər. Buna görə də nə Azərbaycan, nə
də Ermənistan əvvəlki kimi sözügedən prinsiplərə o qədər də
əhəmiyyət verməyəcək”.
Amerikalı analitik hesab edir ki, Rusiya regionda qeyri-sabit
vəziyyətin saxlanılmasında maraqlıdır.
“Rusiya regiondakı vəziyyətə istədiyi vaxt müdaxilə edib öz gücünü
nümayiş etdirir. Putin bunu Soçidə Azərbaycan və Ermənistan
prezidentləri ilə görüşündə də göstərdi”, - deyə o qeyd edib.
S. Freyzerin sözlərinə görə, son döyüşlər tammiqyaslı müharibə
təhlükəsinin artdığını göstərdi: “Keçmişdə təmas xəttində hər il
təxminən 30 hərbçi həlak olurdusa, son qarşıdurmada rəsmi
açıqlamaya görə 18 hərbçi həlak oldu”.
S. Freyzerin fikrincə, Ukrayna böhranı Cənubi Qafqazdakı münaqişələrə mənfi təsir göstərə bilər: “Şərqi Ukraynada çox ciddi zorakılıq mövcuddur. Əgər Rusiya separatçılara dəstək verəcəksə, bunun nəticələri çox pis olacaq. Bu, Cənubi Qafqazdakı münaqişələrə də təsir göstərə bilər. Rusiya Ukraynadakı itkilərini sığortalamaq üçün Qafqazda sülh vəziyyətini poza bilər. Amma belə olmayacağına ümid edirəm və bunu arzulayıram”.
Asif Nərimanlı
Vasif Həsənli
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin12 May 18:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO
-
Dünya2 May 17:55
Bu ölkənin bayrağı ilə "Avroviziya"ya giriş qadağan edildi
-
Avropa2 May 17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!