Nida.az
“Qərb yeni ssenarilər üzərində çalışır, Rusiya isə...” - Cəbhədəki sakitliyin sirri
Azərbaycan və Ermənistan prezidentlərinin Soçi görüşündən sonra cəbhə xəttində vəziyyət normallaşıb. Rəsmi məlumatlara görə, son günlər atəşkəsin pozulması qeydə alınmayıb. Halbuki, indiyə qədər 100-dən çox bu cür fakt qeydə alınırdı.
Təbii ki, buna səbəb Soçidə prezidentlərin görüşündə vəziyyətin stabilləşdirilməsinə dair razılaşmadır. Amma bu vəziyyətin nə qədər davam edəcəyi sual altındadır. Çünki söhbət təkcə münaqişə tərəflərinin deyil, həm də Qərb və Rusiya maraqlarından gedir. Bu vaxta kimi hər iki qütb regionda Dağlıq Qarabağ münaqişəsindən öz maraqları çərçivəsində lazımınca istifadə edib. Moskva zaman-zaman cəbhədə gərginliyi artıraraq Bakıya təzyiqlərini gücləndirib. Qərb də münaqişənin həll olunmasında balansı dəyişdirməklə öz istəklərini diktə edib.
Hazırkı sakitliyi Soçi görüşü fonunda Kremlin qələbəsi hesab etmək olar. Lakin bu vəziyyətin Qərbə nə qədər sərf etdiyi naməlumdur. Buna görə də stabilliyin uzun müddət davam edəcəyi şübhələr doğurur.
Publika.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib ki, hazırkı sakitlik həm Rusiya və Qərbə, həm də münaqişə tərəflərinə sərf edir.
“Rusiya öz gücünü nümayiş etdirməklə regiondakı sakitlikdən istifadə edir. Qərb yeni ssenarilər üzərində çalışır. Ermənistan və Azərbaycan da öz güclərini artırmaq və yeni planları həyata keçirmək üçün belə vəziyyəti dəstəkləyir”.
Politoloq hesab edir ki, bu vəziyyət müvəqqətidir. Onun
sözlərinə görə, tərəflərdən hər biri, yaxud Qərblə Rusiya istədiyi
zaman sabitliyi poza bilər: “Bu məsələdə xüsusilə Rusiyanın təsiri
böyükdür. Moskva lazım olanda cəbhədə qarşıdurmanı başladacaq,
hətta hərbi əməliyyatlar daha da genişlənəcək. Çünki hazırda Minsk
qrupunun iştirak etmədiyi proseslərdən söhbət gedir”.
Asif Nərimanlı
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar?
-
İdman09:00
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Avropa06:46
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
-
ABŞ06:16
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO