Nida.az
NATO nümayəndəsi “Şok ARQO əməliyyatı”na aydınlıq gətirdi
NATO-nun Bakı İnstitutunun rəhbəri Fərrux Məmmədov “Azərbaycanda ARQO əməliyyatı” barədə maraqlı açıqlama verib.
Publika.az-a açıqlamasında F. Məmmədov bildirib ki, “ARQO” düzgün olmayan situasiya nəticəsində ortaya çıxan bir əməliyyat idi.
“Mən yazı ilə tanış oldum. İlk öncə bunu yazan jurnalistə araşdırma və analiz qabiliyyətinə görə təşəkkür edirəm. Biz qlobal dünyanın kiçik bir hissəsiyik. Burada hər gün bir hadisə baş verir. Biz bəzən bunların seyrçisi, bəzən də iştirakçısı oluruq. Bu gün ümumilikdə proseslər sürətlə gedir və dəyişir. Önəmli olan düzgün mövqedə olmaqdır. “ARQO” düzgün olmayan situasiya nəticəsində ortaya çıxan bir əməliyyat idi. Cəmiyyətdə demokratiya olarsa, “ARQO”lara da ehtiyac olmaz”, - deyə NATO nümayəndəsi bildirib.
F. Məmmədov yazdığı statusla E.Hüseynovun yoxa çıxması arasındakı paralelliyi nə təsdiq, nə də təkzib edir.
Qeyd edək ki, yayılan xəbərlərdə ABŞ səfirinin xidməti maşınında
E.Hüseynovu Gürcüstana apardığı, oradan da Osloya yola salındığı
deyilir.
“Yeni Müsavat” qəzetində gedən məqalədə F.Məmmədovun “Dəyərli
dostlar. Yəqin ki, “Arqo” filminə baxmısınız. Həmin filmdə İran
İslam İnqilabından sonra Amerika diplomatlarının İrandan necə
çıxarılmaları əks olunub həmin filmdə. Bu hadisələr reallıqda baş
verib və daha sonra film kimi çəkilib. Bu, demək olar ki, CİA-nın
(Mərkəzi Kəşfiyyat İdarəsi) ən uğurlu əməliyyatlarından biridir.
Hətta film Oskar mükafatı alıb. 10 ildən sonra Azərbaycanla bağlı
belə bir film çəkilsə, heç də təəccüblənməyin” sözlərinə istinad
edilir və “ARQO” əməliyyatının Azərbaycanda keçirildiyi iddia
olunur.
Asif
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin12 May 18:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO
-
Dünya2 May 17:55
Bu ölkənin bayrağı ilə "Avroviziya"ya giriş qadağan edildi