Nida.az
Eldəniz Quliyev: “İqbal Ağazadə parlamentdə belə danışa bilmir” – Qalmaqal
“Bu gün Azərbaycanın müxalifət düşərgəsində əlində möhür tutaraq ucdantutma hamını möhürləmək düzgün deyil”.
Publika.az-a açıqlamasında bu sözləri Milli Şura üzvü Eldəniz Quliyev İqbal Ağazadənin müxalifət barəsində yazısını tənqid etdiyinə görə Ümid Partiyasının ona verdiyi cavabı şərh edərkən deyib.
E.Quliyev İ.Ağazadə ilə qarşıdurmaya getmək fikrinin olmadığını bildirib: “Sadəcə olaraq bildirdim ki, əgər mübarizə aparılacaqsa, tənqid ediləcəksə, bunu daha çox iqtidara qarşı etmək lazımdır. İqbal Ağazadə müxalifət barədə işlətdiyi kəskin sözləri heç vaxt nə parlamentdə, nə də digər yerdə səsləndirməyib. Heç vaxt bu cür söhbət edə bilməyib. Mənim fikrimcə, əgər söhbət müxalifətin birləşməyindən, həbslərlə bağlı birgə mövqe sərgiləməyindən, ümumilikdə ölkənin demokratikləşməsindən gedirsə, o halda İqbal Ağazadə öz yazısında korrektə etməlidir”.
Qeyd edək ki, Ümid Partiyasının sədri İqbal Ağazadə müxalifətlə
bağlı yazısında kəskin tənqidi fikirlər səsləndirib. Yazıya
münasibət bildirən E.Quliyevi isə Ümid Partiyası görməməzlikdə
ittiham edib.
Partiyanın cavabında bildirilib ki, bu yazı qrup mənafeyinə xidmət edən bəzi şəxslər tərəfindən yenə qərəzli şəkildə qiymətləndirilməyə çalışılır, bir çoxları öz aləmlərində suallar yaradır.
Daha sonra partiya “Youtube” bir neçə linki təqdim edərək
E.Quliyevə onlara baxmağı tövsiyə edib.
Asif
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO